• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə xəbərdarlıq

Əhaliyə xəbərdarlıq
22.10.2014 16:01
Payız-qış mövsümü ilə dəm qazından zəhərlənmə halları artır.ANS TV-nin məlumatına görə, payız- qış mövsümü başladığından əhalinin istilik cihazlarından istifadə halları da çoxalıb. Mövsümün başlanmasi ilə artıq dəm qazından bir neçə zəhərlənmə hadisəsi də qeydə alınıb. “Azəriqaz” QSC qış mövsümünə hazırlıq işlərinə başlayıb. İlk növbədə cihazların texniki baxışları həyata keçirilir. Həmçinin qaz cihazlarından qeyri- qanuni istifadə hallarının aşkarlanması istiqamətində də işlər aparılır. Belə ki, texniki baxış sürətləndirilib, maarifləndirici kampaniya həyata keçirilir. Hətta texniki baxışı həyata keçirən yeni qurum da formalaşdırılıb. Ancaq sırf təhlükəsizlik baxımından abonentlərin üzərinə daha çox məsuliyyət düşür. Ölüm halları ilə rastlaşmamaq üçün “Azəriqaz" QSC-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev abonentləri də qaz qurğularının quraşdırıldığı zaman təhlükəsizlik tələblərinə riayət etməyə çağırır. Belə ki, o havalandırma xətlərinin normal işləməsi üçün lazımı tədbirlərin vaxtında görülməsini bildirdi. Əgər istilik cihazı hamamda quraşdırılıbsa, otağın qapısı içəri deyil, çölə açılmalıdır. Otağa havanın daxil olmasını təmin etmək üçün, qapının aşaği hissəsində 0,02 kvadrat mertdən az olmayan boş sahə saxlanılmalıdır və ya dəliklər açılmalıdır. Diqqət yetirilməli daha bir məqam var, bu da istilik cihazlarıdır. Daha yaxşı olardı ki, abonentlər istilik cihazlarını əldə edərkən, onların uyğunluq sertifikatlarının mövcud olub- olmasına diqqət yetirsinlər. Sözsüz ki, bu cihazların quraşdırılmasını yoldan keçənə deyil, məhz mütəxəssislərə həvalə etmək məsləhətdir. Necə deyərlər, öz həyatınızın qeydinə gərək elə özünüz qalasınız ki, sonradan faciəvi sonluqla üzləşməyəsiniz.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol