• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Şəhər İcra Hakimiyyəti sürücülərə xəbərdarlıq etdi

Bakı Şəhər İcra Hakimiyyəti sürücülərə xəbərdarlıq etdi
22.10.2014 11:31

"Avtomobillərini müvəqqəti ödənişli duracaqlarda yol hərəkəti qaydalarına zidd formada saxlayan sürücülərin parkomatlarda ödəniş etməsi onları məsuliyyətdən azad etmir".

Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) rəisinin müavini Lətif Axundov deyib.Ona görə də L.Axundov sürücülərdən yol kənarlarındakı ödənişli müvəqqəti duracaqlarda avtomobillərini düzgün parklamalarını xahiş edib: “Yolların hər birinin başlanğıcında bizim nişanlarımız qoyulub. Avtomobillər səkiyə paralel formada saxlanmalıdır. Amma əksinə, vətəndaşların bəziləri avtomobilləri 45 dərəcəlik bucaq altında saxlayır, bu isə yollarda tıxacların yaranmasına səbəb olur. Xahiş edirik ki, parklanmanı həyata keçirəndə diqqətli olsunlar. Elə yerlər var ki, yollarda “cib” olanda xüsusi işarələr qoyulur və orda maşınlar 45 dərəcə bucaq altında saxlanmalıdır. Lakin digər ərazilərdə avtomobillər yola paralel dayanmalıdır. Əgər sürücü avtomobili 45 dərəcə bucaq altında saxlasa, bu, yol hərəkəti qaydalarının pozulması hesab edilir. Nəticədə yol polisi əməkdaşları həmin şəxsləri inzibati məsuliyyətə cəlb edərək cərimələyirlər”.Rəis müavini qeyd edib ki, bəzi sürücülər nəqliyyat vasitələrini qanunun tələblərinə zidd formada saxlayır və parkomatlarda ödəniş edərək məsuliyyətdən yayınmağa çalışırlar: “Bəzi sürücülər avtomobili yolun ikinci cərgəsində saxlayır, sonra isə özünü sığortalamaq üçün parkomatda ödəniş edərək deyirlər ki, avtomobili duracaqda saxlamışam. Bu, düzgün deyil. Bu, əslində birbaşa qanun pozuntusudur. Bəzən isə avtomobilləri səkilərin üstünə çıxarırlar. Bu da piyadaların hərəkətinə maneçilik törədir və qanun pozuntusu hesab edilir. Belə hallarda parkomatda ödəniş etmək onları məsuliyyətdən azad etmir. Xahiş edirik, səkilərdə avtomobili saxlamasınlar, səkilər piyadaların hərəkəti üçündür”.Bir sıra sürücülərin bəzi ərazilərdə duracağın ödənişli olduğunu bildirən xəbərdaredici məlumatların yoxluğundan şikayətləndiyini əlavə edən L.Axundov onu da bildirib ki, əslində yol hərəkəti qaydalarını bilən və yol nişanlarından başı çıxan sürücülər yaxşı bilirlər ki, belə elanlara heç də hər zaman ehtiyac yoxdur: “Avtomobilin ödənişli duracağa daxil olduğunu bildirən xəbərdarlıq nişanlarının olmadığı yerlərdə digər xüsusi məlumat lövhəcikləri olur. Əgər duracaqda “P” hərfinin altında “1,3,10” yazılan məlumat lövhəciyi varsa, elə bunun özü dayanacağın ödənişli olduğunu bildirir. Həmin işarələr varsa, əlavə yazıya, xəbərdarlığa ehtiyac yoxdur. Sadəcə, bəzi sürücülər yol hərəkəti qaydalarını bilmədiyindən həmin nişanların nəyi ifadə etdiyindən də xəbərsizdirlər”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol