• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaret çəkənlərin nəzərinə: Sərt cəzalar gəlir

Siqaret çəkənlərin nəzərinə: Sərt cəzalar gəlir
21.10.2014 12:49
Azərbaycanda evdə uşaqların yanında və bloklarda siqaret çəkən şəxslərin cərimələnməsi təklif edilir.Lent.az-ın məlumatına görə, bu təkliflə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, siqaret kötüklərinin yerə atılmasına da qadağa qoyulmalı və belə şəxslər cərimə olunmalıdır.Millət vəkili deyib ki, ölkədə “tütünsüz mühit” yaradılmalıdır: “Yaşlı adamların siqareti tərgitməsi o qədər də aktual deyil. Əsas odur ki, uşaqlar və yeniyetmələr siqaretlə təmasda olmasınlar, televizorda siqareti, onun tüstüsünü, küçəyə çıxanda, kinoteatra, istirahət yerlərinə, məktəbə gedəndə orada siqaret çəkilməsini görməsinlər”.Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda siqaretçəkmə ilə bağlı vəziyyət dəhşətli deyil, lakin ölkədə siqaretin çəkilməsinə qarşı mübarizə aparılmalıdır. Əks halda ölkədə siqaret çəkənlərin sayı artacaq.Komitə üzvü qeyd edib ki, "Tütün və tütün məmulatı haqqında" qanuna görə, 18 yaşına çatmayanlara siqaretin satılması, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına qadağa qoyulub. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə də siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların heç biri, demək olar, tətbiq edilmir, faktiki işləmir.M.Quliyev hesab edir ki, 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatı haqqında" qanun olsa da, siqaretin çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunması lazımdır.Qeyd edək ki, hazırda Azərbaycanda tütünçəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir.ANN.Az 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol