• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

“Içməyin, gələcək nəsillərə yazığınız gəlsin” – Almaniyada çalışan azərbaycanlı həkim “Hell” barədə yazdı

“Içməyin, gələcək nəsillərə yazığınız gəlsin” – Almaniyada çalışan azərbaycanlı həkim “Hell” barədə yazdı
29.05.2020 00:44
"Azərbaycanlıların ən böyük düşmənlərindən biri "HELL” içkisi və onun reklamını edənlərdir. İçməyin, özünüz cəhənnəm, gələcək nəsillərə yazığınız gəlsin”.
Bu sözləri hazırda Almaniyada çalışan gənc azərbaycanlı həkim Rəşad Müseyibzadə bildirib.
O, Azərbaycanda uşaqdan böyüyə çoxluğun energetik içkilərə aludəçiliyi probleminə toxunaraq bu içkilərin sağlamlığa zərəri barədə bir daha məlumat paylaşıb: "Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqətini daha yaxşı toplamasına kömək edir. Bu, sadəcə müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. İlk öncə, enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib.
Enerji içkilərinin zərərli tərəfləri: yuxu pozğunluğu, əsəb sistemi pozğunluğu, baş ağrısı, mədə-bağırsaq sisteminin xəstəlikləri, xoralar. Bu içkilərin asılılıq yaratması da mənfi tərəflərindən biridir. Əvvəlcə bunu hiss etmək olmur, amma bir müddət sonra fərqində olmadan gün ərzində 3-4 enerjisi içkisi içdiyinizi görəcəksiz. Enerji içkilərinin bir zərərli tərəfi də orqanizmdə suyun normadan artıq itirilməsinə səbəb olmasıdır. Susuzluq zamanı istifadə olunan enerji içkisi həm orqanizmə su tələbini azaldır, həm də əlavə suyun itirilməsinə səbəb olur. İnsan isə gün ərzində 2-3 litr su qəbul etməlidir.
Enerji içkilərinin spirtlə birlikdə istifadəsi də məsləhət görülmür. Xüsusilə idmanla məşğul olan şəxslər, idmandan sonra enerji içkilərindən uzaq dursalar, yaxşı olar. Çünki bu içkilərin istifadəsi ürəyin ritm pozğunluğuna, böyrək çatışmazlığına, infarkta səbəb olur. Sözsüz ki, heç kimin içdiyinə və yediyinə qarışmaq niyətimiz yoxdur. Amma gələcək nəsilləri qorumaq lazımdır. Xüsusilə Bakıda onsuz da yaşıllıq yoxdur, ürək xəstəliklərinin sayı artıb, bir də özünüzə bu içkilərlə ziyan vurmayın”. \Medicina.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Cəmiyyət 12:56
Sabah bəzi yollar buz bağlayacaq - Hava proqnozu
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:44
Masallıda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Cəmiyyət 11:13
Hərbi hissələrdə görüşlərə müvəqqəti qadağa qoyulur
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Cəmiyyət 10:52
Bakı, Sumqayıt və Abşeronda pensiyalar tam ödənib
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Cəmiyyət 09:58
Üç il əvvəl itkin düşən turistin qalıqları tapılıb
Dövlətə xəyanətdə ittiham olunan şəxs Azərbaycana gətirilib
Cəmiyyət 09:17
Dövlətə xəyanətdə ittiham olunan şəxs Azərbaycana gətirilib
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:42
Bəzi yollarda tıxac var
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Cəmiyyət 21:05
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Şamаxıda qadın dəm qazından zəhərlənərək ölüb
Cəmiyyət 19:47
Şamаxıda qadın dəm qazından zəhərlənərək ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol