• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişinlərin həyatını təhlükəyə atan sürücü işdən qovuldu - VİDEO

Sərnişinlərin həyatını təhlükəyə atan sürücü işdən qovuldu - VİDEO
16.10.2014 18:56

Bakıda 204 saylı sərnişin avtobusunda sərnişinlər nəinki qapıdan sallanırlar, hətta pəncərədən sallanaraq gedənləri də görmək mümkündür.

Anspress xəbər verir ki, həmin hadisəni əks etdirən foto və video yayılıb. Görüntülərdə də sərnişinlərin özlərini necə təhlükəyə atıdıqları görünür. Sürücü isə heç bir addım atmır. Görünür, onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.

Məsələ ilə əlaqədar avtobusun tabe olduğu “Fidan-Trans” MMC-nin rəhbəri Namiq Allahverdiyevin verdiyi məlumata görə, həmin hadisə barədə xəbərdardır. Artıq sürücü Elçin Hüseynov işdən çıxarılıb. “Düzdür sürücülərlə bacarmaq çox da asan deyil. Lakin mütəmadi yoxlamalar aparırıq. Çalışırıq ki, xidmətimiz qüsursuz olsun”, - deyə Namiq Allahverdiyev bildirib.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov da sürücünün işdən çıxarılmasını təsdiqləyib. “Bu barədə məlumat verilən kimi dərhal avtobus saxlanıldı və cərimə meydançasına aparıldı. Sürücü isə işdən çıxarıldı. Onun işi bizim arxivə yazıldı. Daha həmin sürücü heç bir şirkətdə işləyə bilməyəcək”, - deyə Elçin Nəsirov bildirib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol