• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı gəncin ürək parçalayan məktubu - FOTOLAR

Azərbaycanlı gəncin ürək parçalayan məktubu - FOTOLAR
10.10.2014 16:46

Rəşad Xankişiyevi biz sosial şəbəkələrdən tanıyırıq. Bu yaraşıqlı oğlanın əlil olduğu və yeriyə bilmədiyi məlum olanda bizə çox pis təsir etdi.Səhv diaqnozlar və yanlış müalicə üzündən 6 yaşından bəri normal həyatı cəhənnəmə dönən Rəşadı xilas etmək üçün dostları hərəkətə keçib.Onun da yaşamaq, bu gözəl həyatı doya-doya hiss etmək haqqı var."Facebook"-da Rəşadın xaricdə müalicəsi üçün pul toplamaq məqsədi ilə Event (tədbir) yaradılıb.Hər kəsi bu eventi paylaşmağa, imkanı olan şəxslərdən isə dəstək olmağı xahiş edirik.Aşağıda Rəşad Xankişiyevin müraciətini və bank hesablarını təqdim edirik:"Salam dostlar, ilk öncə onu deyim ki bu tədbiri yaratmazdan əvvəl əlimdə mümkün olan bütün imkanlardan istifadə etmişəm, ancaq heç biri alınmayıb və sonda bu tədbiri yaratdım.Özümdən danışım sizə. Adım Rəşaddır, 20 yaşım var, işləmirəm, oxumuram. 9 il oxuyandan sonra gedib-gəlmək çətinliyinə görə məktəbi buraxmışam. Mənim ayaqlarımda problem var, düzü nə xəstəlik olduğunu bilmirəm. Ayaqlarımı sərbəst hərəkət etdirə bilmirəm. Azərbaycanda hər yerə getmişəm, yüzlərlə həkimə yoxlatdırmışam, amma mənə dəqiq bir diaqnoz qoya bilməyiblər.Bu xəstəlik məndə 6 yaşımdan yaranıb. Anadangəlmə deyil, yəni 6 yaşıma kimi tam sağlam və normal olmuşam. Sonradan yeriməyimdə ciddi dəyişiliklər olub. 6 yaşımdan bugünə kimi doğru diaqnoz qoyulmaması və düzgün müalicə almadığıma görə vəziyyətimdə daha da pisləşmə baş verib. Artıq demək olar evdən bayıra çıxa bilmirəm, nə işləyə, nə də təhsil ala bilmədim. Maddi imkanımız da pisdir, ona görə ev şəraitində də təhsil ala bilməmişəm.Mən ən son Heydər Əliyev Fonduna məktub yazaraq məni müalicə üçün xaricə göndərmələrini xahiş etmişdim. Amma məni  Respublika Klinik Xəstəxanasına göndərdilər, orda da 5-10 dəqiqəlik yoxlanışdan sonra yenə də həmişəki kimi tamam başqa diaqnoz qoyuldu. Mənim maddi imkanım çox zəifdir, xaricə gedib orda müayinədən keçib müalicə ala bilmirəm. Çox istərdim ki, Almaniyaya gedib müalicə alıb sağalım. Artıq 14-15 ildir ki bu haldayam.Gələcəyimi, həyatımı qurmaq üçün ayağa durmalıyam. Həyatda ən böyük xoşbəxtlik sağlamlıqdır. Mən də siz gənclər kimi heç kimə möhtac olmadan özüm gəzib, özüm oxuyub, özüm işləyib, qazanıb yaşamaq istəyirəm.Həyatın 4 divardan kənarda olan gözəlliklərini özüm öz gücümə görmək istəyirəm. Sağlamlığıma qovuşmaq üçün kömək etsəniz, çox sevinərəm.Diqqətinizə görə minnətdaramYardım edə biləcək hər kəsə səslənirəm:VÖEN: 1400057421SWIFT: ACABAZ 22MÜXBİR HESAB: AZ10NNABZ01350100000000054944SUBMÜXBİR HESAB: AZ54NABZ01350100000003056944HESAB NÖMRƏSİ: AZ98ACAB00001030241000350760 ( AZN )

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol