• $
  • €
  • ₽
  • ₺
  • £

Ölüm hökmü bərpa edilməlidirmi? POLEMİKA

Ölüm hökmü bərpa edilməlidirmi? POLEMİKA
09.10.2014 15:17

Son günlərdə  ölkədə baş verən və bir neçə nəfərin öldürülməsi ilə nəticələnən qanlı cinayət hadisələrinin sayı artmaqdadır. Goranboyda 7 nəfərin öldürülməsi, iki nəfərin yaralanması ilə nəticələnən hadisədən sonra ölkə ictimaiətində ölüm hökmünün yenidən bərpası ilə bağlı məsələ gündəmə gəlib. Xatırladaq ki, Azərbaycanda ölüm hökmü 1998-ci ilin fevralın 10-da ləğv olunub. Həmin tarixə qədər barələrində ölüm hökmü çıxarılmış 128 nəfərin isə hökmü dəyişdirilib.  Hələ 2001-ci ildə Milli Məclisdə deputat İqbal Ağazadə ölümün bərpa edilməsi ilə bağlı təklif irəli sürmüşdü. 

Hal-hazırda dünyanın 70-dən çox ölkəsində ölüm hökmü saxlanılır. 25 ölkədə isə ölüm hökmü saxlanılsa da, faktiki tətbiq olunmur. Qardaş Türkiyədə 2002-ci ildə qismən, 2006-cı ildə isə tamamilə ləğv edilib. 

Keçmiş postsovet ölkələrində yalnız Belorusiyada ölüm hökmü hələ də saxlanılıb. Ölüm hökmünün saxlanıldığı ölkələr arasında Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Vyetnam kimi bir o qədər də yüksək inkişaf etməmiş ölkələrlə yanaşı, ABŞ, Yaponiya, Sinqapur kimi dünyanın inkişaf etmiş ölkələri də yer alır. Bir sıra öləkər hökmün aradan qaldırılması məsələsində ABŞ-ı nümunə götürür. Belorusiyanın prezidenti Lukaşenko çıxışında, ABŞ-da ləğv olunduqdan sonra onlar da bu barədə müvafiq qərar qəbul edəcəklərini bildirib. 

Avropa Birliyi ilə sıx əməkdaşlıq edən ölkələrdə ölüm hökmünün tətbiqi qəbuledilməz haldır. Çünki, 1991-ci ildə İnsan Hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv olunduğu bəyan olunur. Yalnız 3 hal istisna olmaqla, ölüm cəzasının tətbiqi qadağan olunurdu. Bunlar: 1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində; 2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən; 3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı həyata keçirilən qiyam və kütləvi iğtişaşın qarşısının alınması ölüm hadisəsinə yol verilə bilər.

Milli Məclisin deputatı Fazil Mustafa facebook səhifəsində ölüm hökmünün bərpasının zəruri olduğunu bildirib. “Martın 23-də Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. Bu vəhşiyə ömürlük həbsmi veriləcək? Milli Məclisdə qəti şəkildə qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə məsələ cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz”.

Mövzu ilə bağlı ANN.Az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov ölüm hökmünün bərpasının vacibliyini bildirib. “Ağır cinayət törətmiş insanlara qarşı ölüm hökmü mütləq bərpa olunmalıdır. Dünyanın ən inkişaf etmiş ölkəsi ABŞ-da ölüm hökmü hələ də qalır. Ölüm hökmünün aradan qaldırılması Azərbaycanın Avropa Şurasına üzv olması üçün atılan addım idi. Amma mən bu qərarın hər zaman əleyhinə olmuşam. Qəsdən adam öldürənlərə qarşı ölüm hökmü qalmalıdır. Cəza törədilmiş cinayətə adekvat olmalıdır.”

Ölkənin bir sıra aparıcı hüquqşünasları isə gündəmə gələn məsələ ilə bağlı bir o qədər müsbət mövqe bildirmirlər. Hüquqşünas Cavad Cavadov Müsavata açıqlamasında ən demokratik ölkələrdə belə məhkəmələrin ölüm hökmü ilə bağlı yanlış qərarlar çıxardığını bildirib. Avropa qanunvericiliyən ölüm hökmü çıxış yolu deyil. İnsanları törətdikləri cinayətə görə cəza vermək onları islah etmək naminə olmalıdır. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol