• $
  • €
  • ₽
  • ₺
  • £

Güllələnmiş şəxsin meyiti tapıldı - Azərbaycanda

Güllələnmiş şəxsin meyiti tapıldı - Azərbaycanda
04.10.2014 15:20
Daxili İşlər Nazirliyi (DİN) Balakəndə güllələnmiş kişi meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb. ANN.Az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 3-də Balakən rayonu ərazisində Qullar kənd sakini Vaqif Umarovun ov tüfəngindən açılmış atəşlə qətə yetirilmiş meyiti tapılıb. Hadisə yerində “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Balakən Rayon Polis Şöbəsi əməliyyat-axtarış tədbirləri aparır. Hadisənin Balakən rayonunun Gərəkli kəndində dağlıq ərazidə qeydə alındığı bildirilib. Məlumata görə, meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. ANN.Az 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol