• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərli mərhum girov dəfn olundu - YENİLƏNİB+FOTOLAR

Kəlbəcərli mərhum girov dəfn olundu - YENİLƏNİB+FOTOLAR
04.10.2014 12:45

İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb.

İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub.APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənov Binəqədi qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib. Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: “Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib”. Mərhumun ruhuna dualar oxunduqdan sonra Azərbaycan bayrağına bükülmüş tabutu dəfn olunmaq üçün ailəsinin yaşadığı Binəqədi rayonuna aparılıb.   Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixində qarşı tərəfdən alınıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol