• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin öldürdüyü Həsənin atası: “Oğlum şəhid olub”

Ermənilərin öldürdüyü Həsənin atası: “Oğlum şəhid olub”
04.10.2014 12:10
“Oğlum Həsən Həsənov vətənim və Azərbaycan xalqı uğrunda şəhid olub.Mən bununla fəxr edirəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun atası Fərman Həsənov deyib. O, Azərbaycan prezidentinə oğlunun cənazəsinin qaytarılmasında göstərdiyi səylərə görə təşəkkür edib: “Prezident İlham Əliyev demək olar ki, hər gün bu məsələ ilə maraqlanıb. Biz prezidentimizə təşəkkür edirik”. Mərasimdə iştirak edən, ermənilər tərəfindən girov götürülmüş Dilgəm Əsgərovun qardaşı Sahib Əsgərov da ölkə başçısına təşəkkür edib: “Mərhumun meyitinin qaytarılmasında göstərdiyi diqqətə görə prezidentimizə təşəkkür edirik. Biz bilirik ki, Dilqəm və Şahbazın geri qaytarılması üçün ölkə başçısı əlindən gələni edir. Ümid edirik ki, onlar da tezliklə sağ-salamat geri qaytarılacaqlar”. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov isə jurnalistlərə açıqlamasında deyib ki, dövlət başçısının səyi və təkidi nəticəsində H. Həsənovun cənazəsini qaytarmaq mümkün olub. G. Fərhadov bildirib ki, mərhumun dəfn mərasiminin təşkilini və digər xərcləri onun anadan olduğu Cəbrayıl rayonunun İcra Hakimiyyəti öz üzərinə götürüb. Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə qarşı tərəfdən alınıb. ANN.Az 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol