• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar

“Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar
04.10.2014 12:08

Tərəflər arasında ikiillik korporativ xidmət razılaşması imzalandı“Nar Mobile” ticarət nişanıyla fəaliyyət göstərən “Azerfon” şirkəti ilə “Pal Food” MMC, “Palmalife” MMC və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında ikiillik tərəfdaşlıq müqavilələri imzalandı. 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmalara əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürdülər. Eyni zamanda, “Azerfon” şirkəti və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında imzalanmış sponsorluq razılaşmasına görə, “Azerfon” şirkəti “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə onun tərəfdaşı oldu.Ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermiş bir holdinqlə imzalanmış bu razılaşmadan son dərəcə məmnun olduğunu ifadə edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, müxtəlif sahələrdə ixtisaslaşmış “Palmali” şirkətlər qrupunun uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğuladı.  Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması qida sənayesi, turizm və idman sahələrində öz sözünü demiş müəssisələr və ölkənin aparıcı mobil operatoru arasında bütün səviyyələrdə uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında imzalanmış sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirildi ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaqdır.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.     ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol