• $
  • €
  • ₽
  • ₺
  • £

“Pul yığılan gün” və ya “Müəllimlər günü” - YAZI

“Pul yığılan gün” və ya “Müəllimlər günü” - YAZI
03.10.2014 10:19

Oktyabrın ilk həftəsi “Müəllimlər günü” kimi qeyd olunur. Uşaqlıqdan bu bayramı o qədər də xoş olmayan təəssüratlarla xatırlayıram. Hər bayram yaxınlaşdığında sinif rəhbərinin təyin etdiyi qiymət üzrə müəllimlər üçün yığılan pullar, valideyn komitəsinin sinif rəhbəri üçün (guya xəbəri yoxuydu) yığdığı pullar və s.  Uşaqlıqdan bu proses məndə ikrah oyadırdı. Hər hansı müəllimimi təbrik etdiyimə görə sevinməmişəm. Çünki bu təbrikin əsasında maddiyyata dayanan sünilik var idi. Yadımdadı ikinci sinifdə oxuyanda sinif rəhbərim ona alınan qızıl üzüyün qiyməti aşağı olduğu üçün geri qaytarmışdı. Yeddinci sinifdə məktəbin direktoru 8 Marta özünə pul yığdırırdı. Halbuki, o kişi idi. Bəhanəsi də bu idi ki hədiyyəni arvadıma alacam. 

Belə gülməli və bərbad hallarla zəngin keçən orta məktəb həyatımı xatırlamaq belə istəmirəm. Orta məktəb mənim üçün darıxdırıcı məkan idi. Əminəm ki, bir çoxları eyni hissləri yaşayıb. 

Artıq zaman dəyişib. Təhsil Nazirliyi bəyanat yayır. Hansısa müəllim, direktor müəllimlər gününə pul yığsa, dərhal işdən azad olunacaq. Yəni adət-ənənəni dəyişmək lazımdır. Amma adət-ənənə dəyişirmi?

Əslində qaynar xəttə zəng vurmaq və şikayət bildirmək yaxşı halda. Amma qaynar xəttə zəng vuranlar üçün xüsusi qayda var, gərək bunu anonim etməyəsən. Bizdə hansı valideyn açıq şəkildə müəllimdən, direktordan şikayət edə bilər? Məncə, böyük bir qisim bunu etməyəcək. Uşağı incidərlər deyib boğazlarından kəsib yollayacaqlar. Yəni Təhsil Nazirliyinin bu addımı problemi həll etməyəcək. 

Problem kompleksdir. Bunu şikayətlə həll edilmədiyini hər birimiz bilirik. Orta məktəb müəlliminin aldığı məvacib nəinki ailəsini saxlamağa, özünün ehtiyaclarını belə ödəməyə yetmir. Problemin kökü bax burdadır. Belə olan halda yaşamaq üçün müxtəlif vasitələrə əl atmağa məcbur olur. Səbəbi qoyub nəticənin arxasınca qaçmaq, köklü ağacın budaqlarını kəsməyə bənzəyir. Problemi kökündən həll etməl lazımdır. Səthi verilən qərarların nəticəsi də səthi, effektsiz olur. Nəticədə orta təhsilin səviyyəsi aşağı düşür. 

Yaxşı məvacib almayan müəllimin dərsə marağı olmur. Fədakarlıq edənlər var təbii. Amma ümumilikdə normal şərtlər olmadan fədakarlıq üzərində bir sistem qurmaq olmaz. Hər kəsdən fədai olmağı gözləmək də doğru deyil. Ona görə də bu işə məsul olan insanlar düşünməlidir mütləq. Hər gün uçuruma yuvarlanan təhsili və Azərbaycanın gələcəyini xilas etmək lazımdır.

Mehman Həsən

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol