• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qadınlar sürətlə kökəlir - AÇIQLAMA

Azərbaycanda qadınlar sürətlə kökəlir - AÇIQLAMA
30.09.2014 18:47
Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur.Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Trend-ə bildirilib ki, bu nəticəyə Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılarkən gəlinib.Ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağçiyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlan qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.2011-ci ildən başlayaraq bu faktorlar üzrə müəyyən araşdırmalar aparılır. Bu il isə həmin risk faktorlarından ikisi - artıq çəki və yüksək qan təzyiqi istiqamətində tədqiqatlar aparılır və araşdırmalar bu ilin sonuna kimi yekunlaşacaq.İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir: “Bu da böyük göstəricidir, bu göstərici Avropa göstəriciləri ilə müqayisəolunmaz şəkildədir. Qadınlar arasında isə bu göstərici yüksək deyil”.Tədqiqatlar zamanı məlum olub ki, spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir. Tədqiqatlardan o da aydın olub ki, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb.Tədqiqatların nəticələrindən asılı olaraq müəyyən tədbirlər - maarifləndirmə, tibbi xidmətlərin ilkin səhiyyə sistemində gücləndirilməsi və s. görülə, tövsiyələr hazırlana bilər. Bu tədbirlər yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, digər qurumların da cəlb edilməsi ilə görülə bilər: “Məsələn, parklarda idman meydançaları yaradıla bilər. Bu isə Səhiyyə Nazirliyinin işi deyil. Müvafiq qurumlar da bu sahədə iş görə bilərlər. Əhalinin çox hissəsinin gününü oturaq vəziyyətdə keçirməsi gələcəkdə ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranması üçün böyük risk amilidir. Bu sahədə də maarifləndirmənin aparılmasına ehtiyac var”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol