• $
  • €
  • ₽
  • ₺
  • £

"Su pulunun metodik hesablanması əhalinin ziyanınadır" - AÇIQLAMA

"Su pulunun metodik hesablanması əhalinin ziyanınadır" - AÇIQLAMA
29.09.2014 17:26
Su təchizatı ilə bağlı ölkə vətəndaşları gündəlk həyatlarında müəyyən problemlərlə qarşılaşır. Bu sahədə ciddi narahatlıq yaradan amillərdən biri "Azərsu"nun sayğaclaşdırma işini ləng aparması, sayğac quraşdırılmayan mənzillərdə istifadə haqqının toplanmasında yaranan problemlərlə bağlıdır. 

2014-cü il sentyabrın 17-də sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı oldu. Həmin qərarın 7.4 bəndində qeyd olunur ki, əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə aparılır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə, belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişiklik olduğunda istehlakçı bu faktı təsdiq edən sənədi ən geci yeddi iş gün ərzində su təchizatçısına verməlidir. Su təchizatçısı hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin siyahısı təqdim edilmədikdə, su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibini müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aprılır.

Bu nə deməkdir? Sualı ANN.Az saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırıb:

"AİB-nə uzun müddətdir ki, su istehlakçılarından şikayətlər gəlir. Şikayətlərdən biri də "Azərsu"nun sayğaclaşdırma işinin çox ləng aparmasındadır. Bizim araşdırmalara görə, əhali sayğac quraşdırılanda əvvəlkindən dörd dəfə az pul ödəyir. Sayğac əhalinin xeyrinədir. Metodik hesablama adlanan digər ödəniş üsulu əhalinin büdcəsinə ziyandır. 

Bizdə olan məlumata görə Bakıda sayğaclaşdırma işi 70-80 faiz arasında aparılıb. 

Digər mühüm problem isə "Azərsu" işçilərinin guya Nazirlər Kabinetinin müəyyən etdiyi orta ailə üzvləri sayı hesabına pul almasındadır. Yəni, bizə gələn şikayətlər arasında var ki, mənzildə bir nəfər yaşayır, amma "Azərsu" işçiləri ona heç bir xəbərdarlıq etmədən dörd nəfərin hesabını gətirir. Əks halda suyunu kəsir. İllər boyu bu cür hadisələr baş verib. Mən istisna etmirəm ki, elə ailə var orda 8 nəfər yaşayır və "Azərsu"ya ildə bir dəfə arayış  vermədikləri üçün onlara da dörd nəfərin pulu hesablanır. Guya bununla da ədalətli iş görürlər. Kolxoz prinsipi ilə çox işlədənin günahını, yükünü az işlədənin hesabına ödəyirlər. Ya da Əlinin papağını Vəlinin, Vəlinin də papağını Əlinin başına qoyur.

Vətəndaş heç də gedib arayış alıb təqdim etməməlidir. "Azərsu" özü elə bir sistem yaratmalıdır ki, vaxtında bu məlumatları əldə etsin və saya uyğun ədalətli pul hesablasın. 17 sentyabrda verilən qərar ilə bu işə sadəcə qanuni don geyindiriblər."

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol