• $
  • €
  • ₽
  • ₺
  • £

3 azərbaycanlı tələbə Türkiyədə öldü - FOTO

3 azərbaycanlı tələbə Türkiyədə öldü - FOTO
26.09.2014 10:18
İkisi uşaq olmaqla, 6 nəfər isə yaralanıbTürkiyənin Uşak şəhərində təhsil alan azərbaycanlı tələbələr ağır yol-nəqliyyat hadisəsinin qurbanı olublar.ANS PRESS-in məlumatına görə, Əli Kərimli adlı azərbaycanlı tələbənin idarə etdiyi avtomobil Uşak şəhərində, İzmir-Ankara magistralının 7-ci kilometrliyindəki yol qovşağında dirəyə çırpılaraq yolun əks istiqamətinə keçib və nəticədə başqa bir avtomobillə toqquşub. "Anadolu agentliyi"nin yaydığı xəbərdə qəzaya səbəb olan tələbənin avtomobili icarəyə götürdüyü bildirilir.Ağır yol qəzasında Uşak Universiteti Maliyyə kafedrasının 2-ci kurs tələbəsi Ülvi Sərdarov ilə İdarəetmə kafedrasının 2-ci kurs tələbəsi Elvin Bəhrəmli elə hadisə yerində keçiniblər. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan digər azərbaycanlı tələbə Anar Musayev isə həkimlərin bütün səylərinə baxmayaraq həyatda qala bilməyib.Sürücülər ilə avtomobillərdə olan Əminə Kan, Əsra Kan, Hasan Hüseyin Kan və azərbaycanlı tələbə Mayıs Həsənov sıxışmış avtomobillərdən çıxarılaraq təcili xəstəxanaya çatdırılıblar.Hadisədən sonra xəstəxanaya gedən Uşak Universiteti rektoru Sait Çelik tələbələrin yol qəzasında dünyasını dəyişməsini kədərlə qarşıladığını bildirib.“Çox kədərliyik. Üç övlaımızı itirdik. Baş verən qəzada daha çox itkinin olmamağı üçün dua edirik” – deyə universitet rektoru qeyd edib. ANN.AZ
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol