• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq polis rəisi: Haqqımda yazılanlar iftiradır

Sabiq polis rəisi: Haqqımda yazılanlar iftiradır
17.09.2014 20:15
 Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev qətl törətməsi barədə yayılan xəbərlərə münasibət bildirib.R. Hacıyev APA-ya açıqlamasında deyib ki, Türkiyədə qətl törətməsi barədə yayılan məlumat yalandır: " Bu, mənə qarşı təxribatdır". R. Hacıyev deyib ki, o, hazırda Bakıda istirahət edir. Sabiq polis rəisi deyib ki, o, bir neçə ay əvvəl Türkiyədə olub, amma iş adamı Telman İsmayılova məxsus oteldə qalmayıb: “Mən bu ilin fevralında şəxsi işlərimlə əlaqədar Türkiyədə olmuşam. Lakin Telman İsmayılova məxsus oteldə qalmamışam. O oteldə qalmağa maddi imkanım da yol vermir. Bu yalan məlumatı kim haradan necə düzüb-qoşub mənə də maraqlıdır. Bir daha haqqımda yazılan xəbərləri yalan və iftira adlandırıram. Hazırda Bakıdayam, istirahət edirəm”. Qeyd edək ki, bu gün “musavat.com” saytı öz mənbələrinə istinadən sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə qətl törətməsi barədə məlumat yayılması ilə bağlı xəbər yayıb. Saytın yazdığına görə, Antalyadakı “Mardan Palase” otelində R. Hacıyevin tanışı olduğu bildirilən 24 yaşlı Arzu Zeynalovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Məlumatda o da qeyd olunub ki, R. Hacıyevin döyərək öldürdüyü A. Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol