• $ 1.7
  • € 2.0165
  • ₽ 0.021985
  • ₺ 0.039
  • £ 2.3162

MN: Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin keçirilməsi Ermənistanı qorxuya salıb

MN: Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin keçirilməsi Ermənistanı qorxuya salıb
15.05.2019 17:34
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin keçirilməsi həmişə olduğu kimi növbəti dəfə Ermənistan tərəfini qorxuya salıb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Ordumuzun planlı surətdə keçirdiyi təlimlər barədə Müdafiə Nazirliyi həmişə əvvəlcədən xəbər yaymaqla ictimaiyyəti və beynəlxalq qurumları məlumatlandırır. Eyni zamanda təlimin mərhələləri barədə foto-video süjetlər Nazirliyin rəsmi internet saytı vasitəsilə ictimaiyyətə təqdim olunur.

Bizdən fərqli olaraq Ermənistan tərəfi heç vaxt belə bir addım atmır. Keçirdiyi dırnaq arası hərbi təlimlər barədə əvvəlcədən rəsmi məlumat vermir, yalnız "təlim” bitdikdən sonra əvvəllər çəkilmiş bir-iki döyüş texnikasının köhnə foto və videolarını yaymaqla kifayətlənir.

Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində təlimlər keçirməyimizdən təşvişə düşən rəsmi Yerevan guya bizim hansısa tələbləri pozmağımız barədə uydurma və gülünc bəyanatlarla çıxış etməkdən belə çəkinmir", - Nazirlik rəsmisi əlavə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroport şosesində sürət həddi endirilib - Yenilənib
Cəmiyyət 00:27
Aeroport şosesində sürət həddi endirilib - Yenilənib
Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralananlar var
Cəmiyyət 23:30
Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralananlar var
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq
Cəmiyyət 20:30
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq
Bakıda daha bir narkokuryer saxlanılıb - Video
Cəmiyyət 19:00
Bakıda daha bir narkokuryer saxlanılıb - Video
Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb
Cəmiyyət 18:25
Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb
Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
Cəmiyyət 17:44
Bakı aeroportu sərnişinlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib
ABŞ-dən Azərbaycana turist axını artıb
Cəmiyyət 17:33
ABŞ-dən Azərbaycana turist axını artıb
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
Cəmiyyət 16:50
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
Ata Abdullayev azadlığa çıxıb
Cəmiyyət 16:09
Ata Abdullayev azadlığa çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol