İstanbulda bina çökdü- Yenilənib

İstanbulun Fatih rayonunda bina çöküb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.
Məlumata görə, hazırda dağıntılar altında qalan beş nəfərdən üçü xilas edilərək xəstəxanalara aparılıb. Qalan iki nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir.
***
İstanbul valiliyi təbii qaz partlayışı nəticəsində iki binanın çökdüyünü bildirib
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























