• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli” ölüm ayağında olan “vor-zakon”un yerinə keçə bilər - FOTO

“Lotu Quli” ölüm ayağında olan “vor-zakon”un yerinə keçə bilər - FOTO
28.05.2020 19:50
Rusiyanın Sverdlovsk vilayətinin şərqindəki kriminal strukturlar yaxın zamanlarda "rəhbərsiz" qala bilər. 
Milli.Az bildirir ki, "Qafqazinfo" "Arqumenti i faktı Ural" saytına istinadən xəbər verir ki, "başçı" "Vaqif Kamışlovski" (Vaqif Güləhməd oğlu Sultanov) ağır qaraciyər xəstəliyindən ölmək üzrədir.
Mənbələrin nəşrə verdiyi məlumata görə, o, bir neçə gün öncə palliativ müalicə üçün xəstəxanadan evə buraxılıb. Hazırda 67 yaşlı avtoritet ağır vəziyyətdədir. O, artıq heç kimi tanımır. Azərbaycan diasporası "vor zakon"un xaricdə müalicəsi üçün pul toplamağa başlayıb.
Qeyd olunur ki, "Kamışlovski"nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edib. Hələ apreldə "hakimiyyət"in "Vorotnik"ə (Aleksandr Vorotnikov) təhvil verilməsinin planlaşdırıldığı oğru "sxodka"sı dağıdılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları tərəfindən güc tətbiq edilərək görüşün qarşısı alınıb. 

Mənbənin bildirdiyinə görə, "Vaqif Kamışlovski"nin yerinə keçə biləcək namizədlər arasında "Lotu Quli", "Aqayar Aqayev", "Qiya Akoyev" də var. Bu "qanuni oğru"lardan hansının "rəhbər" olacağı Vaqif sultanov tərəfindən müəyyənləşdirilməlidir.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol