• $
  • €
  • ₽
  • ₺
  • £

“Qalibi sındırmaq istəyiblər, pis sözü..." - Ölən tələbənin əmisindən şok sözlər (VİDEO)

“Qalibi sındırmaq istəyiblər, pis sözü..." - Ölən tələbənin əmisindən şok sözlər (VİDEO)
20.05.2019 20:05
"Bir neçə gün öncə Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri arasında baş verən davada ölən Qalib Əskərovun istintaq işi davam etdirilir, bu haqda məlumatlar açıqlanmır”. 

 Bunu News24.az-a mərhumun əmisi Əkrəm Əskərov bildirib. "Maraqlısı odur ki, qətl hadisəsi olduğu halda cinayət işi xuliqanlıq maddəsi ilə iş açılıb. Ortada ölüm var, səbəbi ilə bağlı araşdırma aparılır. İstintaqın işinə qarışmaq səlahiyyətim yoxdu. Amma fakt odur ki, bizim uşağımız əldən gedib. Davanın nəyin üstündə olması da istintaqdan sonra deyiləcək”, - Əkrəm Əskərov deyib.

 Onun sözlərinə görə, mərhum Qalib Əskərovun epilepsiya xəstəsi olması xəbəri də yanlışdır: "Qalib sağlam uşaq idi, idmançı idi, 106 kq çəkisi, 196 sm boyu var idi. Onun idealı Mübariz İbrahimov idi. Həmişə deyərdi ki, ana, mən də gedərəm, Mübariz kimi Vətən uğrunda şücaət göstərərəm. Amma uşağımız heç nəyin badına getdi. Kollecin içində mübahisə başlayıb, koridora keçiblər. Təkbaşına müqavimət göstərib, sonda onun başına dəmir alətlə zərbə endirilib. Bu, istintaq tərəfindən araşdırılacaq. Müxtəlif fərziyyələr var, çox guman ki, kəllə-beyin travmasından beyninə qansızma olub. Qalib Rusiya vətəndaşı idi, hələ yetkinlik yaşına çatmamışdı. Polis Akademiyasına hazırlaşırdı, arzuları çox idi...”

 Məhhum tələbənin əmisi onu da qeyd etdi ki, məsələ ilə bağlı mətbuat konfransı keçirməyi də planlaşdırırlar: "Mətbuat konfransı da keçirməyi düşünürük, sadəcə istintaqın gedişinə mane olmamaq üçün hələlik gözləyirik”.  

Ə.Əskərov söhbət əsnasında bildirdi ki, o, iki qardaşını itirib, onlardan biri  şəhid olub: "Mənim bir qardaşım Qalib Əskərov 1994-cü ildə Qarabağda gedən döyüşlərdə şəhid olub. Digər qardaşım da Sovet Ordusunda xidməti borcunu yerinə yetirərkən həlak olub. Qalibə şəhid qardaşımın adını vermişdim. Bir şəhidi iki dəfə necə öldürmək olar?! Onu həmin davada sındırmaq istəmişdilər. Ondan üzr istəmək tələb olunub, ağır şərtlərlə pis sözü boynuna almalarını istəyiblər. O da bunu eləməyib. Tələbələr bunu deməyə qorxurlar. Amma biz bunların hamısını istintaqa bildirmişik”.  

Qeyd edək kİ, Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri arasında ölümlə nəticələnən dava ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, II kurs tələbələri Qalib Əsgərzadə və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə zəminində dava baş verib. Nəticədə tələbə Qalib Əsgərzadə dünyasını dəyişib.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol