• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Məktəblərdə bu məhsullar qadağan edildi - SİYAHI

Məktəblərdə bu məhsullar qadağan edildi - SİYAHI
10.09.2014 10:47

Təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı mövcuddur. İstifadəsinə və satışına qadağa qoyulan və məktəb bufetlərində satılmasına icazə verilməyən məhsulların siyahısı direktorlara göndərilib.

ANN.Az xəbər verir ki, bunu Modern.az saytına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

“Yeni tədris ili başlayanda komitə yanında Dövlət Nəzarəti Xidməti yenə də monitorinqlər aparacaq və nəticələr barədə ictimaiyyət məlumatlandırılacaq”.Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, məktəb bufetləri ilə bağlı problem yoxdur. “Tədris ilinin başlamasını gözləmək lazımdır. Araşdırma və monitorinqlər həyata keçirildikdən sonra hansı məktəbdə hansı problemlərin olduğuna dair məlumat verə biləcəyik. Bundan başqa, bufetlərdə araşdırmalar aparılması üçün Mərkəzə göstəriş verilməli, Ədliyyə Nazirliyinin vahid reyestr sistemindən icazə alınmalıdır. Çünki bufetlər sahibkarlıq subyektidir”.Oxu.Az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısını təqdim edir:1. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);2. İçalatı təmizlənməmiş quş;3. Vəhşi heyvanların əti;4. Suda üzən quşların yumurtası və əti;5. Qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;6. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;7. Termiki emala məruz qalmayan yaşıl noxud;8. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;9. Mənşəyi məlum olmayan ərzaq məhsulları;10. Kremli şirniyyat məmulatları (piroq və tortlar);11. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;12. Ev şəraitində hazırlanmış qatıq;13. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);14. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;15. Kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;16. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;17. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;18. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;19. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;20. Təbii kofe, alkoqollu, energetik içkilər;21. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;22. Qazlaşdırılmış içkilər;23. Bitki yağları əsasında süd məhsulları və dondurma;24. Saqqız, çipsilər;25. Tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları;26. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər;27. Yumurtalı makaronlar, qayğanaq;28. Frityurda qızardılan piroqlar və ponçiklər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol