• $
  • £

Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək

Azərbaycanda bu işsiz şəxslərə təqaüd veriləcək
13.06.2019 09:55
Nazirlər Kabineti "İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nı təsdiq edib.

Anews.az xəbər verir ki, qaydaya əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya "DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.
Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə "Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Peşə hazırlığına cəlb olunan şəxslər Xidmətin tabeliyindəki təhsil müəssisəsinə göndərildikdə, müvafiq kursun xərclər smetasına uyğun maliyyə vəsaiti həmin təhsil müəssisəsinin hesabına köçürülür.

Peşə hazırlığı digər təhsil müəssisələrində təşkil edildikdə, müəssisə tərəfindən təqdim olunmuş xərclər smetasına uyğun olaraq vəsait hər ayın yekununa uyğun olaraq növbəti ayın 5-dək təhsil müəssisəsinin hesabına köçürülür.
Xərclər smetası peşə hazırlığı kursları keçirilən təhsil müəssisəsi tərəfindən orada qüvvədə olan tarif üzrə, tarif olmadıqda isə Xidmətlə razılaşdırılmış müqavilə qiymətlərinə əsasən tərtib edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 21:40
Siyəzəndə 59 yaşlı qadın dəm qazından boğularaq ölüb
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
Cəmiyyət 17:47
Şəmkirdə ana və oğlu yanıq xəsarəti alıb, qadın ölüb
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Cəmiyyət 17:41
ETX: vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Cəmiyyət 17:15
Şağan qəsəbəsinin qaz təchizatı dayandırılacaq
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Cəmiyyət 16:10
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Mazasırdə yol çöküb
Cəmiyyət 15:41
Mazasırdə yol çöküb
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Cəmiyyət 15:37
Bu istiqamətlərdə əlavə qatar reysləri təyin edilib
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Cəmiyyət 15:15
Masallıda yanğın: baba və 2 yaşlı nəvə həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol