• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçiriləcək

Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçiriləcək
08.09.2014 19:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 9-da xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən Azərbaycan Tibb Universitetinə tələbələrin köçürülməsi ilə bağlı yoxlama imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, imtahan saat 14:00-da Azərbaycan Tibb Universitetinin V korpusunda başlanacaq və 1 saat 30 dəqiqə ərzində aparılacaq. Köçürülmə ilə əlaqədar keçiriləcək imtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparılıb və 36 tələbə müraciət edib. İmtahan aşağıda təqdim olunmuş fənlər üzrə aparılacaq: I kurs tələbələri - Normal anatomiya (I və II semestrin materialları əsasında), Tibbi biologiya və genetika, Ümumi və bioüzvi kimya; II kurs tələbələri - Normal anatomiya, Normal fiziologiya, Biokimya; III, IV, V kurs tələbələri - Patoloji anatomiya və patoloji fiziologiya, Mikrobiologiya, Biokimya. İmtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb. Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol