• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlıların kütləvi deportasiyasına başlandı

Rusiyada azərbaycanlıların kütləvi deportasiyasına başlandı
06.09.2014 09:45
Moskvada təhsil alan onlarla tələbəyə ölkəyə giriş qadağan olunub, geri qaytarılanlar “Yeni Müsavat”a danışdılar

Azərbaycanlılar kütləvi şəkildə Rusiyadan deportasiya olunurlar. Sentyabrın ilk günlərindən başlayaraq Moskvada təhsil alan onlarla tələbəmiz, o cümlədən burada işləyən soydaşlarımız ölkədən çıxarılırlar. Bu barədə “Yeni Müsavat”a barəsində 3 illik deportasiya qərarı çıxarılan tələbə Səbinə Verdiyeva danışdı. Onun sözlərinə görə, Moskvada Dilçilik Universitetində 3-cü kursda oxuyur. S.Verdiyeva Rusiya səfirliyinin xətti ilə təhsil almağa gedib, ona tələbə təqaüdü verilir, yataqxana ilə təmin olunub. Ancaq azərbaycanlı tələbə heç bir əsas olmadan deportasiya olunub: “Bizi heç vaxt belə narahat etməyiblər. Bu günə kimi də problem olmayıb. Mən sentyabrda təhsilimi davam etdirmək üçün Moskvaya getdim. Ancaq səbəb göstərmədən deportasiya etdilər. Guya qeydiyyatdan keçməmişik. Bu problemlə üzləşən tək mən deyiləm. Mənimlə bərabər bizim universitetdən başqalarını da deportasiya ediblər. Tək tələbələri yox, işləməyə gedənləri də çıxarırlar. Bizim fakültənin dekanı sənədləri hazırlayır. Universitet bizimlə maraqlanır. Deyirlər ki, narahat olmayın".  Deportasiya olunan başqa bir tələbə - Moskva özəl universitetinin məzunu Güntək Məmmədov da “Yeni Müsavat”a bildirdi ki, diplomunu almağa gedib: “Universitetdən demişdilər ki, sentyabrda gəlib diplomunuzu götürün. Məni Moskva gömrüyündə saxladılar və tranzit zonaya çağırdılar. Mənə imzalamağa akt verdilər və 2017-ci ilə qədər deportasiya olunduğumu bildirdilər. Guya qeydiyyatdan keçməmişəm və 30 gün artıq qalmışam. Bu, tamam cəfəngdir. Çünki 2016-cı ilə qədər qeydiyyatım var. Məni təyyarəyə mindirib, geri qaytardılar. Bakıda Rusiya səfirliyinə getdik. Səfirlikdən dedilər ki, onlar yalnız Rusiya vətəndaşlarının problemlərini dinləyirlər və Dövlət Miqrasiya Xidmətinə müraciət etməyi məsləhət gördülər”.G.Məmmədov təkcə tələbələrin deportasiya olunduğunu düşünmür: “Hər gün deportasiya edirlər. Onlara qeyri-rəsmi əmr verilib ki, hər gün deportasiya qərarları olsun. Mənimlə birlikdə iki orta yaşlı adam da deportasiya olunmuşdu”. Məsələ ilə bağlı Xarici İşlər və Təhsil nazirliklərindən cavab almaq mümkün olmadı. ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol