• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət şadlıq evləri ilə bağlı hərəkətə keçdi

Hökumət şadlıq evləri ilə bağlı hərəkətə keçdi
03.09.2014 09:08
Restoranlar toy sahibləri ilə müqavilə imzalamağa məcbur ediləcək; Vahid Əhmədov: “Birinci növbədə vergi sistemini tənzimləmək lazımdır”

“Yeni Müsavat” qəzetinin ötən sayında manşetdən “Şadlıq evləri bağlanır” sərlövhəli yazı dərc edilib. Məqalədə bildirilir ki, “toy oliqarxları”na böyük zərbə hazırlanır, dövlət yas mərasimlərinin tənzimlənməsindən sonra toy biznes sektorundakı xaotik vəziyyəti də qaydaya salmağı nəzərdə tutur. Həmçinin bizə daxil olan məlumatda o da qeyd edilir ki, bunun üçün xüsusi qanun layihəsi hazırlanır.Burada məsələnin ən sensasional cəhəti isə budur ki, ölkədə göbələk kimi boy verən şadlıq sarayları şəbəkəsi tam nəzarətə götürüləcək və bu sarayların bir çoxunun təyinatı məcburən dəyişdiriləcək. İndiki şadlıq saraylarının əksəriyyəti  ticarət-əyləncə və idman-əyləncə komplekslərinə çevriləcək. Onlara itirdikləri gəlirləri bu sahədə kompensasiya etmək imkanları yaradılacaq. Dünən ölkə mediasında yayılan xəbərlərdən aydın olur ki, hökumət artıq prosesə start verib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi restoran sahibi ilə sifarişçi arasında  müqavilə imzalamağı təklif edir. Məqsəd isə mövcud problemin həllinə nail olmaqdır.Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı  hafta.az-a açıqlamasında  bildirib ki, komitə olaraq bu təklif gələcəkdə qanun kimi təkmilləşdiriləcək: “Şadlıq evləri ilə bağlı Azərbaycanda standart mövcuddur. Standartda şadlıq evlərinin təsnifatı, interyeri, onun ətrafındakı infrastrukturu və digər məsələlərin tənzimlənməsi qeyd olunub. Əsas tənzimlənmə predmetinə qida məhsullarının keyfiyyəti, köhnə yeməklərin yeni kimi  təqdim olunması daxildir.  Restoran sahibi ilə istifadəçi arasında  müqavilə imzalansa, bu  məsələlər həllini tapa bilər. Düzdür, elə sifarişçi ola bilər ki, övladının toyunda  bolluğun olmasını istəyir, eləsi də var ki, menyuda seçilmiş yeməklər tələb edir. Hər iki halda müqavilə imzalanmalıdır”.Deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə düşünür ki, bunu qanunla tənzimləmək mümkün deyil: “Birinci növbədə vergi sistemini tənzimləmək lazımdır. Orada olan proseslər izlənilsin. Bu mövzunun Milli Məclisdə müzakirə edilməsinin də  tərəfdarı deyiləm. Yas mərasimlərinin qanuniləşdirilməsinin tərəfdarıyam. Birinin imkanı var, digərinin  yoxdur. Bunu qanuna salmaq düzgündür.  Amma restoranlar özəl obyektlərdir. Buranın da müəyyən xərcləri var. Sadəcə, vergi sistemi təkmilləşdirilsin. Vergilər Nazirliyinin əməkdaşları  monitorinq aparsın. Bunun inzibati qaydada tənzimlənməsi çətin məsələdir”.Onu da bildirək ki, ötən ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 3 şadlıq evində kulinariya məhsullarının uyğunluq sertifikatlarının, xammal tədarük edilən firmalarla müvafiq müqavilələrin, yeməklərin hazırlanma prosesini, saxlanma şəraitini və müddətini müəyyən edən texnoloji təlimat və resepturaların mövcud olmadığı aşkar edilib. Bundan başqa, müəssisədə məhsulların saxlanılması zamanı temperatur rejiminə və mal  qonşuluğuna əməl olunmadığı, burada çalışan personalın gigiyenik və sanitar normalara riayət etmədiyi, istehsal edilən məhsulların dövri olaraq sınaqlarının aparılmadığı, sınaqların aparılması üçün hər hansı akkreditasiya olunmuş laboratoriya ilə müqavilənin olmadığı  da aşkar edilib.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol