• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qız rusları vahiməyə saldı

Azərbaycanlı qız rusları vahiməyə saldı
31.08.2014 18:00

Azərbaycanlı qız bu gün “S7” aivaşirkətinin 3299 saylı “Novosibirsk-Bakı” reysində fövqəladə vəziyyət yaradıb. 

ANS PRESS-in məlumatına görə, təyyarə bazar günü, yerli vaxtla saat 10:40-da Sibirin paytaxtından Bakıya uçuş etməli idi. Lakin 21 yaşlı azərbaycanlı sərnişinin ucbatından təyyarə 2 saat gec havaya qalxıb.

Rusiya DİN-nin Sibir Federal Dairəsinin Terrorizm İdarəsi artıq bu barədə Rusiya mətbuatına açıqlama da verib. Açıqlamada bildirilir ki, sərnişinlər təyyarənin göyərtəsində olduğu zaman xoşagəlməz hadisə baş verib. Sərnişinlər eşidiblər ki, Azərbaycan vətəndaşı olan 21 yaşlı qız kiməsə telefonla təyyarəni partladacağını dedi. İnsanlar qorxdular və dərhal bu barədə stüardessaya məlumat veriblər.

Bundan sonra, polislər sərnişinlərin özləri ilə götürdükləri bütün yükləri yoxlayıblar və buna görə də, təyyarənin uçuşu 2 saat gecikib. 

Kimliiyi açıqlanmayan həmin azərbaycanlı qız polislərə izahatında sərnişinlərin onun telefon danışığının mahiyyətini düzgün anlamadığını söyləyib.

“Azərbaycan vətəndaşı olan 21 yaşlı qız polislərə deyib ki, o, telefonda öz bacısı ilə mübahisə edirmiş və partlayış hədəsini də əsəbiləşdiyi üçün dilinə gətirib” - deyə yerli polis idarəsindən əlavə ediblər.

Düzdür, sonradan qız polisə bildirib ki, sərnişinlər onu düzgün başa düşməyiblər. 

ANSPRESS 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol