• $
  • £

Bu süd məhsullarını almayın - Fotolar

Bu süd məhsullarını almayın - Fotolar
17.08.2019 14:21
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməyib. 


Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayılıb. Qeyd olunub ki, müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə "Lerik” əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkar olunub. Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib. 




Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli "Sun 23” marqarin yağı və E 235 "Natamisin” (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.


Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. 





Faktla bağlı araşdırmalar davam etdirilir

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki gün geomaqnit qasırğası olması ehtimalı var
Cəmiyyət 14:10
İki gün geomaqnit qasırğası olması ehtimalı var
Yaşı 65-dən yuxarı kişilər ən çox Sədərəkdə, ən az Masallıdadır
Cəmiyyət 13:20
Yaşı 65-dən yuxarı kişilər ən çox Sədərəkdə, ən az Masallıdadır
Hakim bəraət hökmünün hansı hallarda çıxarıldığını açıqlayıb
Cəmiyyət 13:12
Hakim bəraət hökmünün hansı hallarda çıxarıldığını açıqlayıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
Cəmiyyət 11:48
Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
Bir həftə ərzində nə qədər ərazi minadan təmizlənib?
Cəmiyyət 11:31
Bir həftə ərzində nə qədər ərazi minadan təmizlənib?
Baş nazir buğda ilə bağlı qərar imzalayıb
Cəmiyyət 10:21
Baş nazir buğda ilə bağlı qərar imzalayıb
Saatlıda narkotik əməliyyatı - Saxlanılalar var
Cəmiyyət 09:40
Saatlıda narkotik əməliyyatı - Saxlanılalar var
Bazardüzü zirvəsində sıldırımdan yıxılan alpinist xilas edilib - Video
Cəmiyyət 00:17
Bazardüzü zirvəsində sıldırımdan yıxılan alpinist xilas edilib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol