• $
  • €
  • ₽
  • ₺
  • £

"Həyatımda kədərli günlər çox olub" - 65 yaşlı şeyx

"Həyatımda kədərli günlər çox olub" - 65 yaşlı şeyx
26.08.2014 12:37
Bu gün Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin doğum günüdür.AzVision.az xəbər verir ki, şeyx 65 yaşını qeyd edir.Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib.1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib.Allahşükür Paşazadə müsahibələrinin birində ad günü təəssüratlarını bölüşüb."Mənim üçün, bundan sonra nə yaşayacağamsa, Allahdan mənə hədiyyədir. Amma çox heyfslənirəm. Mən cavanlara çağırış edirəm. Nə qədər əllərində imkanları varsa, bədənlərində qüvvə varsa, ibadətdən əl çəkməsinlər. Allaha ibadətdən, orucdan, namazdan qalmasınlar. Çünki insan qocalanda istədiyi kimi ibadət etmir. İndi görürəm ki, əyilib-durmaqda çətinlik çəkirsən. Cavanlıqda etdiyin ibadətin ləzzətini yaşlaşanda o qədər də duymursan. Arzulardım ki, insanlar nə qədər əllərində imkanları var, Allah onlara nə qədər imkan veribsə, ibadətdən əl çəkməsinlər. Allahı unutmasınlar.Mənim hədiyyəm hər gün aldığım nəfəsdir. Mənə ən böyük hədiyyə müstəqilliyimizin tam bərpasıdır. Torpaqlarımızın işğal altından qurtarılmasıdır. Həyatdır. İnsan dünyadan gedəndə, nakam kimi gedir. Mən ömrüm boyu azərbaycançılığı təbliğ eləmişəm. Torpaqların işğaldan azad olunması üçün döyüşmüşəm. Mənim əlimdə silah olmayıb. Hərbçi deyiləm. Amma qələmim heç vaxt əskik olmayıb. Torpaqlarımızın azad olunması, Qarabağ məsələsində həqiqətlərin dünyaya çatdırılması uğrunda imkan daxilində çalışmışam. Allah bizə torpaqlarımızn azad olunmasını nəsib etsin, İnşallah. Şəhidlərimizin qanı yerdə qalmasın. Bu mənim üçün böyük hədiyyədir"-deyə şeyx qeyd edib.A.Paşazadə 65 illik həyatından kədərli günlərinin çox olduğunu bildirib."Təbii ki, həyatımda qəm-kədərli günlərim də çox olub. Mən indi xəbərlərə baxırdım. Misirdə insanların qırılmasını izləyirdim. Oradakı hadisələrdən çox kədərləndim. Mənim Misirlə sıx əlaqəm var. Misirin ən yüksək ordeninə layiq görülmüşəm. İndi orda baş verən hadisələr, qırğınlar, müsəlmanların bir-birini qırması, Livanda baş verən terror, sünni-şiə məsələsinin ortaya atılması və s. məsələlər məni çox narahat edir. Bundan başqa, 20 yanvarda baş verən hadisələr mənim heç vaxt yadımdan çıxmayacaq. Həmin ili mən heç ad günü də keçirtmədim. Həyatdır da...".AzVision.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol