• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

“Quska”ya cəza istənildi, təcili yardım çağırıldı

“Quska”ya cəza istənildi, təcili yardım çağırıldı
19.09.2019 14:02
Bu gün Bakı Hərbi Məhkəməsində "Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.


Anews.az-in "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyib. Prokurorun çıxışı zamanı "Quska” yerindən replika ataraq etirazını bildirib. İttihamçı çıxışında dələduzluq ittihamı üzrə dəyən ziyanın ödənildiyini, Hüseyn Abdullayevin ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin mümkün olduğunu qeyd edib.



Yekun olaraq, Hüseyn Abdullayevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman H.Abdullayev "yalandır, böhtandır, absurddur, bir sübut dəlil yoxdur” deyərək yüksək səslə prokurora etiraz edib. Onun sakitləşməməsi məhkəmə prosesini pozub, buna görə hakimin göstərişi ilə H. Abdullayev zaldan çıxarılıb. Prosesin davamı "Quska” olmadan keçirilib.


Bunun ardınca isə anası Zeynəb Abdullayevanın da halı pisləşib. Qohumlarının köməkliyi ilə Z.Abdullayeva da məhkəmə zalından çıxarılıb. Bu zaman məhkəməyə təcili tibbi yardım çağırılıb, həkimlərin müdaxiləsindən sonra Z. Abdullayeva zala qaytarılıb. Təxminən 15 dəqiqəlik fasilədən sonra hərbi prokuror çıxışına davam edib.


Prokuror Zeynəb Abdullayevaya ittiham olunduğu maddələr üzrə sanksiyanın aşağı həddindən də aşağı cəza verilməsinin məqsədəmüvafiq olduğunu bildirib. Bu əsasla Z.Abdullayevanın sadəcə 5 min manat cərimə olunmasını istəyib. Digər təqsirləndirilənlər - Namiq Babayevin 8 il, İntiqam Süleymanov və Nazim Əliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları olan Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə isə şərti cəza verilməsi istəyib. Mülki iddiaların təmin olunmasını, dəyən zərərin ödənilməsi üçün H. Abdullayevin əmlaklarının müsadirə olunmasını təklif edib.


Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, proses sentyabr 24-də davam etdiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olunub
Cəmiyyət 23:49
Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü həbs olunub
Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
Cəmiyyət 22:20
Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar cərimələnəcək
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 20:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
Cəmiyyət 19:13
“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayır
Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
Cəmiyyət 19:06
Şəhid anası: Oğlum sağ olanda daha yaxşı dolanırdım/Şikayət/Yenilənib
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 18:25
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
Cəmiyyət 18:02
Fiziki məhdudiyyətli şəxslərlərə güzəşt olunmur - Xəyalə Bayramlı
Определен охват социальных услуг в полустационарной форме
Cəmiyyət 17:40
Определен охват социальных услуг в полустационарной форме
Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq- FƏRMAN
Cəmiyyət 17:15
Naxçıvanda Azərbaycan XİN-in Aparatının idarəsi yaradılacaq- FƏRMAN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol