Abşeronda beş yaşlı qıza təcavüz edildi

Abşeron rayonunda beş yaşlı qıza təcavüz etməkdə günahlandırılan gənc saxlanılıb.
Masazır kəndində 18 yaşlı E.A. polis tərəfindən yaxalanıb və istintaqa təhvil verilib. Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 150-ci (Cinsi Zorakılıq) maddəsi ilə cinayət işi açıb. Hazırda cinayətin təfərrüatı araşdırılır.
Qeyd edək ki, oxşar hadisə Bakının Suraxanı rayonunda da baş verib. Bu ilin sentyabr ayının 18-də yeddi yaşlı qıza qarşı seksual zorakılıq olunub. Cinayətdə zərərçəkənin valideynlərini ziyarətə gələn qohumu ittiham olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 