• $
  • €
  • ₽
  • ₺
  • £

Kəbirə Məmmədovadan erməni şəriki haqda AÇIQLAMA

Kəbirə Məmmədovadan erməni şəriki haqda AÇIQLAMA
20.08.2014 20:04
“Məni gözdən salmağın kimə lazım olması mənim üçün çox maraqlıdır”“Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın imzası ilə “Yeni Müsavat”ın redaksiyasına məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:“Hörmətli redaksiya!“Yeni Müsavat” qəzetinin 19 avqust 2014-cü il tarixli 207(5916) nömrəli sayında ““Binə”nin sahibi barədə şok xəbər və Kəbirə Məmmədovanın erməni şərikinin olması haqda müdhiş məlumat” başlığı altında dərc edilmiş yazıda Kəbirə Məmmədovanın şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən bir məlumat yazılmışdır.Məqalədə göstərilir ki, “Onlardan biri də ticarət mərkəzinin sahibi, Kəbirə Məmmədovanın erməni şəriki Datodur. Türk iş adamlarının sözlərinə görə, Dato Kəbirə Məmmədovanın biznes imperiyasının şərikidir və özü də Moskvada fəaliyyət göstərir ”.Torpaqlarımızın 20 faizdən çox hissəsini məkrli niyyətlərlə zəbt edən, milyonlarla vətəndaşımızı evsiz-eşiksiz qoyan namərd bir düşməni mənə “şərik etmək” ən azından vicdansızlıqdır.İş adamı kimi, böyük bir ticarət mərkəzinin rəhbəri olmaqla məni xalqın və ticarət mərkəzində fəaliyyət göstərən insanların gözündən salmağın kimə lazım olması mənim üçün çox maraqlıdır.Cəbhə xəttində olan gərginliklərin hökm sürdüyü bir vaxtda məni ermənilərlə şərik etməkdə suçlamağı Teymur Həsənliyə məsləhət görməzdim. Ən azından bu düşmən “dəyirmanına su tökmək” kimi bir şeydir. Bu kimi yalan məlumatların KİV-də dərc olunması bizim xalqı məlumatlandırmaqdan daha çox, düşmən qüvvələrinə diversiya-təxribat fəaliyyətlərində xidmət etmiş olur. Eyni zamanda da “KİV haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də ziddir.Bir daha bəyan edirəm ki, mənim Moskvada nə Dato adlı, nə də ki, bir digər xalqıma düşmən kəsilən xalqın nümayəndələri ilə şərikliyim yoxdur.Hörmətlə, Kəbirə Məmmədova.” Xatırladaq ki, “Yeni Müsavat”ın 19 avqust, 2014-cü il tarixli sayında “Kəbirə Məmmədovanın erməni şərikinin olması haqda müdhiş məlumat” başlıqlı yazıda bildirilirdi ki, Dato adlı erməninin Bakıda fəaliyyət göstərən “Binə” ticarət mərkəzində xeyli dükanları var. Yazıda Datonun “Binə”nin rəhbəri K.Məmmədova ilə şərik olduğu bildirilirdi.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol