• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Ölkədə 130 min 201 ton pambıq yığılıb

Ölkədə 130 min 201 ton pambıq yığılıb
09.10.2019 19:00
Oktyabrın 9-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 130 min 201 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Keçən il oktyabrın 9-dək 81 min 433 ton pambıq tədarük olunub.

Pambıq yığımında Saatlı (21 min 561 ton), Ağcabədi (14 min 184 ton), Bərdə (13 min 165 ton), Biləsuvar (12 min 527 ton) və Sabirabad (12 min 266 ton) rayonları irəlidədir.
Qeyd edək ki, pambıqçılıq kənd təsərrüfatının yüksək əməktutumluluğu ilə seçilən sahələrindən biridir. Ötən illə müqayisədə 2019-cu ildə 20 rayon üzrə pambıq əkən fermerlərin sayı 2373 nəfər artaraq, 18000 nəfərə çatıb.

Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun artmasında da müsbət rol oynayır. Hazırda ölkəmizdə 23 pambıq zavodu, 7 iplik istehsalı fabriki, 3 pambıq yağı istehsalı müəssisəsi fəaliyyət göstərir. Ümumilikdə, pambıqçılığın inkişafı təxminən 200 mindən çox insanın əsas gəlir mənbəyini formalaşdırır



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il beynəlxalq axtarışa verilən 122 şəxsin yeri müəyyən olunub
Cəmiyyət 14:50
Ötən il beynəlxalq axtarışa verilən 122 şəxsin yeri müəyyən olunub
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Cəmiyyət 14:45
Ötən il qeydə alınan cinayətlərin sayı açıqlanıb
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Cəmiyyət 14:42
Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Cəmiyyət 14:15
Ermənistan Azərbaycan benzininin keyfiyyətində heç bir problem aşkarlamayıb
Fəhlənin ölməsi faktı araşdırılır
Cəmiyyət 13:38
Fəhlənin ölməsi faktı araşdırılır
Sabahın havası açıqlanıb
Cəmiyyət 13:04
Sabahın havası açıqlanıb
Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
Cəmiyyət 12:31
Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
Sahibkarla şad xəbər: Yoxlamaların dayandırılması daha bir il uzadılır
Cəmiyyət 12:26
Sahibkarla şad xəbər: Yoxlamaların dayandırılması daha bir il uzadılır
65 yaşlı fəhlənin başına yük düşüb
Cəmiyyət 12:15
65 yaşlı fəhlənin başına yük düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol