• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol polisindən gülünc svetofor – VİDEO

Bakıda yol polisindən gülünc svetofor – VİDEO
18.08.2014 12:01
Zabrat-Maştağa yolunda quraşdırılan svetaforun hansı rejimdə işlədiyi hələ «məlum deyil»Avtosfer.az saytının daimi izləyicilərindən olan Ziya Quliyev olduqca maraqlı və bir qədər də gülünc doğuran məsələ barədə sayta müraciət edib. Ziya Quliyev müraciətində bildirir ki, iki ay öncə Zabrat-Maştağa yolunda Kinologiya Mərkəzinin qarşısında yolun hər iki istiqamətində işıqforlar quraşdırılıb. Lakin maraqlısı odur ki, orada hec bir yolayrıcısı olmadan bu işıqforlar quraşdırılıb və yalnız Kinologiya Mərkizinin qarşısından həmən yola daxil olub Zabrat istiqamətində hərəkət etmək imkanını yaradır.Ziya Quliyev daha sonra bildirir ki, hal-hazırda Zabrat-Maştaqa istiqaməti ücün işıqforun qırmızı işıqı yananda Zabratdan gələn nəqliyyat vasitələridə durmalıdırlar, halbu ki, qarşıda nə yolayrıcı, nə də, piyada keçidi mövcuddür: «Yaranmış vəziyyətə nəzər yetirsək məlum olur ki, bu işıqforun mövcudluğu yalnız Kinologiya Mərkəzinin qarşısından Zabrat isitiqamətinə çıxan avtomobillər üçün əhəmiyyət kəsb edir. Sözügedən yolun şəhərlərarası yol olduğunu nəzərinizə çatdırmaq istərdim. Buna gorə də yalnız  bir istiqamətdə çixa biləcək nəqliyyat vasitələri üçün işıqforun quraşdırılması düzgün deyil. Həmən mərkəzin qarşısında kifayət qədər sahə var ki, orada sürətlənmə zolağını inşa edib əsas yola birləşdirməklə, oradan çıxan avtomobillərə təhlükəsiz şəkildə Zabrat istiqamətində hərəkət etmək imkanı yaranardı və əsas yolla hər iki istiqamətdə hərəkət edən avtomobillər maneəsiz hərəkəti davam edə bilərdilər».Ziya Quliyev məsələ ilə bağlı əsl vətəndaş mövqeyi göstərərək Azərbaycan Prezidentinin rəsmi saytına müraciət ünvanlayıb. «Bu müraciətim nəticəsində mənimlə Baş Dövlət Yol Polisi İdarəsindən Vəkil bəy əlaqə saxladı. Çox mülayim tərzdə söhbətimiz oldu və o, mənə bildirdi ki, həmin işıqforun quraşdırılması layihəsinin müəllifidir. Vəkil bəyin dediyinə görə, sözügedən işıqfor piyadalar üçün nəzərdə tutulub və standart rejimində yox, piyadalarin ehtiyaci olanda üzərində olan xüsusi düymə vasitəsilə qırmızı işığa kecir. Lakin mən onu əmin etdim ki, həmin işıqforun üzərində belə bir düymə mövcud deyil və o, standart rejimində işləyir. Vəkil bəy söz verdi ki, bu halı "Siqnal" idarəsi ilə araşdıracaq».Araşdırma aparılana kimi isə Ziya Quliyev özü həmin ərazidə olub və svetaforun həqiqətən də aid rejimdə işlədiyini sübut etmək üçün video çəkərək Avtosfer.az-a göndərib. İndi isə yol polisinin bu dəfə hansı bahənəyə əl atması maraqlıdır. Videodan da aydın görünür ki, svetofor adi rejimdə işləyir və sürətlə hərəkət edən avtomobillər qırmızı işıqda maşını saxlaya bilməyərək həm svetoforu keçib gedirlər, həm də bir-birlərinə qəza şəraiti yaradırlar. Bütün hallarda, bu məsələ təcili şəkildə araşdırılmalı və tədbir görülməlidir. Çünki orada qaza qaçılmazdır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol