• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Əzizov özünü yandıran ər-arvadın yanına adam göndərib

Eldar Əzizov özünü yandıran ər-arvadın yanına adam göndərib
14.08.2014 15:00
Prezident Administrasiyasının qarşısında həyat yoldaşı, müharibə veteranı Elçin Salahovla birlikdə özünü yandıran Jalə Salahovanın vəziyyəti ağırdır.Bu haqda "Azadlıq" radiosuna Elçin Salahovun bacısı Yeganə Mahmudova xəbər verib. Onun sözlərinə görə, qardaşının vəziyyəti yaxşılığa doğru irəliləsə də Jalə Salahova hələ də reanimasiyadadır: "Qardaşımda ağrılar olsa da həkim zəmanət verir ki, sağalacaq. Jalənin yanına heç kimi buraxmırlar. Həkim deyir ki, vəziyyəti ağırdır və sağalma ehtimalı da azdır".Yeganə Mahmudova bildirir ki, avqustun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları xəstəxanaya gələrək qardaşına baş çəkiblər: "Bir az maddi yardım ediblər. Deyiblər ki, narahat olmasın, hər şey düzələcək. Bu gün də zəng vurub deyiblər ki, qardaşımın özünü yandırmasına səbəb olan problemi həll ediblər. Bütün baş verənlərdən sonra nəyə lazımdır bunlar? Gəlinimiz sağalmayacaqsa, nəyimizə lazımdır? Gərək kimsə özünə qəsd edə, sonra haqq öz yerini tapa?"

Qeyd edək ki, müharibə veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birlikdə avqustun 13-də Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Cütlüyün yaşadıqları evdən çıxarılmaları ilə bağlı məhkəmə qərarına etiraz olaraq bu addımı atdığı bildirilir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol