• $
  • €
  • ₽
  • ₺
  • £

Biznesmen odlu silahla qətlə yetirildi - Azərbaycanda

Biznesmen odlu silahla qətlə yetirildi - Azərbaycanda
14.08.2014 08:53
Göyçay rayonunda qətl hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpoud kəndində qeydə alınıb. Kənd sakini 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunun meyiti yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Məlumata görə, əvvəlcə onun elektrik cərəyanı vurması səbəbindən ölməsi güman edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib və meyit Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon Şöbəsində müayinə edilib. Ekspertizanın rəyinə əsasən məlum olub ki, Sahib Abbasov odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və dünyasını dəyişib.Məlumata görə, Sahib Abbasov Alpoud kəndində çörək sexi işlədirdi və sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Dörd uşaq atası olan Sahib Abbasovun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi hələ ki, məlum deyil.Hazırda qətli törədən şəxsi tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.   ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol