• $ 1.7
  • € 1.9753
  • ₽ 0.021795
  • ₺ 0.0422
  • £ 2.2774

“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!

“BakuTel” sərgisində “Nar” stendinə gəl, müasir smartfon qazan!
03.12.2019 17:35
Ölkənin ən gənc mobil operatoru "Nar”, "BakuTel-2019” - 25-ci  Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman müştəriyönümlü addımları və yenilikləri ilə seçilən "Nar” yubiley sərgisində interaktiv stendi ilə ziyarətçiləri qarşılayır. 

"Nar” abunəçiləri hesabı daha asan idarə etməyə imkan verən "Nar+” tətbiqini yükləməklə müsabiqədə iştirak haqqı qazanırlar. Bütün sərgiboyu keçiriləcək müsabiqənin qalibləri hər günün sonunda elan ediləcək və müasir smartfonla təltif olunacaqlar. Stendin diqqətçəkən xüsusiyyətlərindən biri də "Nar”ın yüksəkkeyfiyyətli şəbəkəsini özündə təcəssüm etdirən maraqlı aktivliklərin təqdim olunmasıdır. Belə ki, hər bir sərgi iştirakçısı xüsusi ayrılmış qapalı zonada virtual reallıq oyunlarını sınaqdan keçirmək şansına malikdir. Bundan başqa, ziyarətçilər həm də 4G şəbəkəsinin sürətini yerindəcə test edə bilərlər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci "BakuTel-2019” sərgisindəki "Nar” stendinə dəvət edir. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 21:06
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Şahin Şıxlinski axtarışa verilib
Cəmiyyət 20:37
Şahin Şıxlinski axtarışa verilib
Şüvəlanda bir nəfər dənizdə batıb
Cəmiyyət 20:11
Şüvəlanda bir nəfər dənizdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:25
Bu ərazilərdə qaz olmayacaq
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Cəmiyyət 19:10
İyulun 6-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Cəmiyyət 18:51
Batma təhlükəsi ilə üzləşən yeniyetmələr xilas edilib - Video
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:31
Laçında dağlıq ərazidə baş verən yanğın söndürülüb - Yenilənib
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib
Cəmiyyət 18:30
“8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib

Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Cəmiyyət 17:27
Bakıda 3 prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol