• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Daha bir təyinat - gənc kadr yüksək vəzifəyə təyin olundu

Daha bir təyinat - gənc kadr yüksək vəzifəyə təyin olundu
09.12.2019 10:00
Qaradağ Gənclər Evində direktor dəyişikliyi baş tutub.

Qaynarinfo xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Qaradağ Gənclər Evinin direktoru Pərvin Qasımov vəzifəsindən azad edilib, digər əmrlə yerinə Natiq İmanov təyin edilib.

Qeyd edək ki, Natiq İmanov uzun illər gənclər sektorunun fəal iştirakçısı olub. N. İmanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətdən sonra təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında gənclər siyasəti və sosial sferada idarə etmə ilə bağlı müxtəlif ixtisas artırma kursları ilə davam etdirib.

Əmək fəaliyyətinə ADİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini kimi başlayan N. İmanov sonralar Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Gənclər sektorunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, İRƏLİ İctimai Birliyi və YAP Gənclər Birliyi kimi ölkənin öndə gələn gənclər təşkilatlarında fəaliyyət göstərib, müxtəlif layihələrin müəllifi və təşkilatçısı qismində təmsil olunub. N.İmanov layihələrin idarə edilməsi ilə bağlı bir çox yerli və beynəlxalq təlim proqramlarının məzunudur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Bərdə sakini Ağdərədə minaya düşüb
Cəmiyyət 14:29
Bərdə sakini Ağdərədə minaya düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol