İsrail ballistik raketləri Azərbaycanda

Azərbaycan yeni ballistik raket sistemləri ilə təchiz olunacaq.
ANS PRESS-in məlumatına görə, Azərbaycan ordusu İsrail hərbi sənaye istehsalı olan "Ekstra" və Pakistan ballistik raketləri ilə təmin olunacaq. "Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilometrdir. Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metrdir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin təkmilləşdirilmiş variantıdır və hərəkət məsafəsinə görə, İsrail raketlərini 20 dəfə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qadirdir.Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə silah növü satmır. Ancaq Rusiyanın Ermənistandakı hərbi bazasında "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























