• $
  • £

“Şahdağ”da qiymətlər 15 faiz endirilib - RƏSMİ

“Şahdağ”da qiymətlər 15 faiz endirilib - RƏSMİ
14.12.2019 14:13
Qonaqların şərhlərini hər zaman nəzarə alırıq. Bunun üçün qiymət strategiyasında optimallaşdırma həyata keçirdik. Ötən illə müqayisədə, bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib. 

Anews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Şahdağ” Turizm Mərkəzinin sədri Rodderich Leffier bildirib. 

Onun sözlərinə görə, həm yerli, həm də xarici turistlərin qış turizminə marağının artdığı müşahidə olunur:


"Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür. Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, "avtoxizək” xidməti əlavə etmişik.

Biz bu gün son altı ildə ilk dəfə olaraq, altı sürüşmə zolağının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı”. 
Sədr bildirib ki, yeni əyləncələr hesabına ötən illərlə müqayisədə, yaxın həftələrdə "Şahdağ”a gələn turistlərin sayında beş faizə yaxın artım olacağı gözlənilir:

"Bizim üçün turistlərin təhlükəsizliyi çox önəmlidir. Müxtəlif fövqəladə hallar üzrə proqramımız, treninqlərdən keçmiş peşəkar işçilərimiz var. Yeddi gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir. Burada hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Onu da qeyd edim ki, xizək sürmək üçün keçid kartları alınan zaman artıq turistlər sığortalanır”. 

R.Leffier Azərbaycanda qış idmanlarının populyarlaşmasından da danışıb:

"Şahdağ”a yerli turistlər daha çox gəlir. Qonşu ölkələrdən də turistlər gəlir. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur. Hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var və bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Cəmiyyət 18:07
İstehlaka yararsız 227 kq at əti aşkarlanıb
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Cəmiyyət 18:00
Xalq artisti Maqsud Məmmədov vəfat edib
Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir
Cəmiyyət 17:57
Dövlət İmtahan Mərkəzi rezidenturaya ərizə qəbulu elan edir
Böyük Mərdəkan qəsrində çökmə baş verib, əraziyə giriş məhdudlaşdırılıb
Cəmiyyət 17:53
Böyük Mərdəkan qəsrində çökmə baş verib, əraziyə giriş məhdudlaşdırılıb
Azərbaycanda yanacaq satışından gəlir 955 milyon manata yüksəlib
Cəmiyyət 17:35
Azərbaycanda yanacaq satışından gəlir 955 milyon manata yüksəlib
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:04
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Cəmiyyət 15:43
Orta aylıq əməkhaqqı iki ayda 5,3% artıb
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Cəmiyyət 15:17
Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Cəmiyyət 15:00
Elnur Hidayətoğluya TƏBİB-də yeni vəzifə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol