• $
  • £

Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib
13.04.2026 22:28

Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görkəmli baletmeysterlə vida mərasimi aprelin 14-ü, saat 11:00-da Təzə Pir məscidində keçiriləcək.

***

Baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov 97 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb. Həyat yoldaşı, Xalq artisti Rəfiqə Axundova ilə birgə Tofiq Bakıxanovun "Xəzər balladası”, Fərəc Qarayevin "Qobustan kölgələri”, "Kaleydoskop”, Rauf Hacıyevin "Azərbaycan süitası”, Nazim Əlivedibəyovun "Muğam”, Aqşin Əlizadənin "Babək” baletlərinə quruluş verib.

Milli mədəniyyətin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist”, 1970-ci ildə isə "Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə "Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Cəmiyyət 19:04
Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılaraq ölkəsinə qaytarılıb
Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 18:03
Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 15:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yayıb
Cəmiyyət 14:10
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yayıb
Bardənin üç kəndində qaz olmayacaq
Cəmiyyət 13:29
Bardənin üç kəndində qaz olmayacaq
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - PROQNOZ
Cəmiyyət 12:57
Sabah Bakıda külək əsəcək, rayonlarda leysan olacaq - PROQNOZ
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Cəmiyyət 12:24
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Cəmiyyət 12:13
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Bakıda genişmiqyaslı iməclik keçirilib
Cəmiyyət 12:00
Bakıda genişmiqyaslı iməclik keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol