• $
  • €
  • ₽
  • ₺
  • £

Qazax rayon icra rəsmisi: "Bəziləri 5-10 manata yalan məlumatlar ötürürlər"

Qazax rayon icra rəsmisi: "Bəziləri 5-10 manata yalan məlumatlar ötürürlər"
09.08.2014 12:26
"Bəzi şəxslər 5-10 manat müqabilində dövlətin mənafeyini sataraq internet saytlarına yalan məlumat ötürürlər". Bunu Trend-in cəbhə bölgəsinə ezam olunan müxbirinə açıqlamasında Qazax rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Məmməd Əliyev bildirib.M.Əliyev deyib ki, onlar Vətən, dövlət nədir bilmirlər: "Bizim tərəfimizdən belə şəxlərə izahat verilir və onlarla, qohumları ilə söhbət aparılıb belə halların yolverilməz olduğu bildirilir".Qazax rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müvini Tahir Musayev isə jurnalistlərə bildirib ki, Qazaxda əhali Orduya, dövlətə inanır, Ordumuz düşmənin hər gülləsinə artıqlaması ilə cavab verir.T.Musayevin sözlərinə görə, onlarla gənc və Qarabağ veteranı İcra Hakimiyyətinə müraciət edərək döyüşlərə qatılmaq istədiklərini bildiriblər: "Onların arasında gənclərlə yanaşı, 70-80 yaşlı qocalar da var. Elə kəndlər var ki, orada düşmənin mövqeləri ilə Ordumuzun mövqeləri çox yaxındır və hər iki mövqe yaşayış massivlərinə yaxın yerləşir. Ona görə də, ermənilər atəş açarkən mülki əhali üçün təhlükə yaranır. Xüsusən xəstələr, körpələr və qocalar üçün təhlükəli olur. Ola bilər ki, məhz bu kontingentdən olan 5-10 nəfərin təhlükəsizliyini təmin etmək üçün düşmənlə üz-üzə evdən yaxınlıqda yerləşən evlərə getsinlər".T.Musayev bildirib ki, heç kim yaşadığı kəndi tərk etməyib və bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: "Bu cür məlumat yayanlar erməni dəyirmanına su tökənlərdir. Ola bilər ki, belə şəxslərin hansısa şəxsi maraqları, maddi istəkləri olsun. Amma başa düşmürlər ki, əhali arasında narahatlıq yaradırlar, erməniyə "işləyirlər".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol