• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

Bakıda içkidən zəhərlənib ölən polis zabitinin görüntüsü yayıldı - VİDEO

Bakıda içkidən zəhərlənib ölən polis zabitinin görüntüsü yayıldı - VİDEO
28.05.2020 22:09
Bakıda ucuz içkidən zəhərlənərək ölən polis zabitinin videosu yayıldı.

Qeyd edək ki, ötən gün Bakıda güman ki, texniki spirtdən hazırlanmış viskidən zəhərlənənlərin sayı üçə çatıb.

Anews.az xəbər verir ki, bu barədə "oxu.az"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var.
Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib. İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər.
Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və "zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər:
Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, əməliyyatçının dostu C.Həmzəyevin vəziyyəti ağırdır, hər iki gözü kor olub. Əldə edilən məlumatlara görə, gənclər viski içiblər və yeraltı sexlərdə sənaye spirtindən hazırlanan bu içkidən zəhərlənmə ehtimalı yüksəkdir.

"Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - polisdən verilən açıqlamada bildirilir.
Qeyd edək ki, bu yaxınlarda mərhum S.Bayramovun ilk övladı dünyaya gəlib.
Dekabrın 24-də axşam saatlarındatexniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb.
Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Cəmiyyət 08:43
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Aeroport yolunda maşın yanıb
Cəmiyyət 20:54
Aeroport yolunda maşın yanıb
Bakının bu ərazisində qaz kəsiləcək
Cəmiyyət 19:53
Bakının bu ərazisində qaz kəsiləcək
Bərdə sakini çayda boğulub
Cəmiyyət 19:10
Bərdə sakini çayda boğulub
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
Cəmiyyət 17:40
Azərbaycan Mərkəzi Bankı “PulPal” və “Mpay”ə icrası məcburi göstəriş verib
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Cəmiyyət 17:36
SOCAR-ın neft və qaz emalı, həmçinin ixracı 2025-ci ilin ikinci rübündə azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol