• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO

Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO
29.12.2019 20:55
Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri birmənalı qarşılanmadı.

Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin azad və ədalətli mühitdə keçirildiyini bəyan etsə də, müxalifət qurumları və bir sıra müstəqil ekspertlər səsvermə zamanı çoxsaylı qanun pozuntularının müşahidə edildiyini bildirir.
Bizimyol.info xəbər verir ki, 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizəd olmuş İbrahim İbrahimov saxtakarlıq faktları ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.
İ.İbrahimov verdiyi videoaçıqlamda bələdiyyə seçkilərinin saxtalaşdırıldığını, rayonun icra başçısı Alimpaşa Məmmədovun və bələdiyyə sədrinin qanunsuz olaraq torpaq satdığını iddia edib.
 

İbrahim İbrahimov

Onun sözlərinə görə, icra başçısı kənd təsərrüfatı əhəmiyyətli torpaqları yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi üçün satır. Həmin ərazidə tikinti işləri başlayandan sonra vəzifəli şəxslər razı salınmazsa, qanunsuz tikinti adı ilə tikililər sökülür.
"Örüş və əkin sahəsini evlərin tikilməsi üçün müxtəlif şəxslərə satırlar. İcra hakimiyyətinin və bələdiyyənin razılığı olamdan həmin ərazidə tikilən obyektlər sökülür. Əvvəla, məhkəmənin qərarı olmadan heç bir tikili sökülə bilməz. Amma qanunsuz tikili adı ilə onları razı salmayan şəxslərin tikililərini sökürlər. Bəs, sökdükləri ərazilərin yaxınlığında olan evləri niyə sökmürlər? Çünki o evlərin sahibləri ilə sövdələşmə baş tutub”,- deyə İbrahim İbrahimov bildirdi.
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti üçün tikilən obyektlərin torpaq sahəsi bələdiyyə tərəfindən hərrac keçirərək satmalıdır, amma bu qaydaya əməl olunmur: "Torpaq satılarkən belə qaz xətlərinin mühafizə zolağı gözlənilmir. Torpaqlar satılır. Əkin və örüş torpaq sahələrinin satılması ət məhsullarının qiymətində artıma səbəb olacaq”.
 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Bakıda maska taxmayanlar cərimələnir - VİDEO
Cəmiyyət 12:02
Bakıda maska taxmayanlar cərimələnir - VİDEO
Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş – Video
Cəmiyyət 19:44
Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş – Video
Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO
Cəmiyyət 20:55
Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO
Bu da Elmar Vəliyevin ağır yaralanan cangüdəninin VİDEOSU
Cəmiyyət 23:13
Bu da Elmar Vəliyevin ağır yaralanan cangüdəninin VİDEOSU
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO
Cəmiyyət 18:38
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO
Məşhur erməni yazıçıdan Ermənistanı silkələyəcək müraciət:
Cəmiyyət 18:50
Məşhur erməni yazıçıdan Ermənistanı silkələyəcək müraciət: "Elə bilrisiniz Qarabağ sizindi?" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol