• $ 1.7
  • € 1.9648
  • ₽ 0.021314
  • ₺ 0.0418
  • £ 2.2585

Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə İranı günahlandırıb

Tramp ABŞ-ın İraqdakı səfirliyinə hücuma görə İranı günahlandırıb
31.12.2019 19:00
ABŞ Prezidenti Donald Tramp aksiyaçıların Bağdadda ABŞ səfirliyinə hücum etməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, D. Tramp "Twitter” səhifəsində yazıb ki, İran İraqda bir amerikalı mühəndisi öldürüb, çox saylı yaralı var.

ABŞ Prezidenti İranın İraqdakı bu addımına sərt reaksiya verildiyini və hər zaman da sərt reaksiya veriləcəyini vurğulayıb: "İran indi ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Bu hücuma görə İran məsuliyyət daşıyacaq. İraq təhlükəsizlik qüvvələrinin ABŞ səfirliyini qorumasını gözləyirik”.


Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində  "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.

Bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildiriblər. Aksiyanın gedişində səfirlik boşaldılıb və aksiyaçılar səfirliyinin binasına daxil olublar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda ikimərtəbəli ev yanıb
Cəmiyyət 00:13
Lənkəranda ikimərtəbəli ev yanıb
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Cəmiyyət 22:30
Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Cəmiyyət 17:41
Bərdədə yas mərasimlərində ehsan verilməsi dayandırılıb
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 16:17
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Xaçmazda şaftalı festivalı keçiriləcək
Cəmiyyət 15:56
Xaçmazda şaftalı festivalı keçiriləcək
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Cəmiyyət 15:31
Gömrük gəlirləri 7 ayda 3,59 milyard manat təşkil edib
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Cəmiyyət 15:10
Lisey və gimnaziyalara seçim prosesi başlayıb
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Cəmiyyət 14:43
Onlayn avtobus bileti alanlara Qarabağa səfər üçün avtomatik icazə verilir
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 13:40
Ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol