• $ 1.7
  • € 1.9648
  • ₽ 0.021314
  • ₺ 0.0418
  • £ 2.2585

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Azərbaycanda hərbi xidmətə çağırış başladı
01.01.2020 14:32
Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Axar.az xəbər verir ki, çağırış Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama uyğun olaraq həyata keçirilir.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları bu gündən başlayaraq yanvarın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da bu gündən başlayaraq yanvarın 30-dək ehtiyata buraxılacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aya hazır olacağı deyilir
Cəmiyyət 11:14
AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı yekun hesabat bir neçə aya hazır olacağı deyilir
“Sovetski” ərazisində köhnə binaların söküntüsünə başlanılıb
Cəmiyyət 10:57
“Sovetski” ərazisində köhnə binaların söküntüsünə başlanılıb
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
Cəmiyyət 10:18
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
"Saç yeyən uşaq" əməliyyat olunub
Cəmiyyət 10:12
"Saç yeyən uşaq" əməliyyat olunub
Bakıda 40 dərəcə isti olub
Cəmiyyət 09:28
Bakıda 40 dərəcə isti olub
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Cəmiyyət 09:27
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb
Cəmiyyət 09:19
Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb
Sabiq “Qazprom” rəsmisinin bağ evini yandırmaqdatəqsirləndirilən bağban 7 il həbs cəzası aldı
Cəmiyyət 08:41
Sabiq “Qazprom” rəsmisinin bağ evini yandırmaqdatəqsirləndirilən bağban 7 il həbs cəzası aldı
Lənkəranda ikimərtəbəli ev yanıb
Cəmiyyət 00:13
Lənkəranda ikimərtəbəli ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol