• $
  • €
  • ₽
  • ₺
  • £

Zeynal Nağdəliyevlə “toqquşan” 21 yaşlı gənc öldü

Zeynal Nağdəliyevlə “toqquşan” 21 yaşlı gənc öldü
07.08.2014 08:50
Prezident Administrasiyasının rəhbər müavininin düşdüyü qəza faciə ilə bitdi; dövlət rəsmisini yaralı vəziyyətdə helikopterlə təcili Bakıya gətirdilər; daha ağır vəziyyətdə olan vətəndaşı isə taleyin ümidinə buraxdılar – o da dünyasını dəyişdiPrezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev avtomobil qəzasına düşüb. Hadisə avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015" markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus ”BMW" markalı xidməti maşınla toqquşub. Hadisə nəticəsində “BMW” markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015" markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Xəstəxanadan verilən məlumata görə, çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakıya  gətirilib.“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, ölkənin rəhbər heyəti avqustun 5-dən başlayaraq cəbhə xəttinə yollanmaqda idi. 6 avqustda orada prezidentin də iştirakı ilə dövlət ərkanının tədbirləri olmalı idi. Z. Nağdəliyev də bu məqsədlə  Ağdama gedirmiş.Z.Nağdəliyevin oturduğu maşınla toqquşan “VAZ- 21015"in sürücüsü, Kürdəmir rayonunun Qarabucaq kənd sakini 21 yaşlı Nazim Cəbiyevin durumu isə ilk andan etibarən ağır idi. Musavat.com-un məlumatına görə, Z. Nağdəliyevdən daha  ağır vəziyyətdə olmasına baxmayaraq, onu deyil, dövlət rəsmisini Bakının ən yaxşı xəstəxanasına yerləşdirmək insanlıqdan yoxsulluq sayılmalıdır. 21 yaşlı bir gənci əzib keçmək, onu ağır yaralamaq, daha sonra isə taleyin ümidinə tərk etmək, onun ölümünə bais olmaq cənab Nağdəliyevin vicdanında daim bir ləkə olaraq qalacaq. Rəsmi məlumatlarda hələlik qəzaya kimin səbəb olması deyilmir. Lakin görünən budur ki,  günahı da ölənin boynuna qoyacaqlar.Musavat.com onu da vurğulayır ki, administrasiya rəhbərinin müavininin maşını ilə toqquşan gəncin ölməsi sosial şəbəkələrdə etirazlarla müzakirə olunur. “Yüngül yaralını Bakıya helikopterlə gətirdilər, ağır yaralı vətəndaşı rayonda, şəraitsiz xəstəxanada öldürdülər”, deyə bəziləri yazır.Bu iradda ciddi həqiqət var. Ölkə vətəndaşına bunca sayğısızlıq dövlət adamına, rəsmi qurumlara yaraşan sifət deyil. Gənc bir həyat heç nədən söndü getdi! Əgər onu da vaxtında Bakıdakı yüksək səviyyəli xəstəxanalardan birinə gətirsəydilər, bəlkə də Nazim Cəbiyevin həyatını xilas etmək mümkün olacaqdı... ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol