• $
  • €
  • ₽
  • ₺
  • £

33 623 abituriyent ali məktəblərə qəbul olunub

33 623 abituriyent ali məktəblərə qəbul olunub
06.08.2014 19:11

Azərbaycanda 33 623 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür. 

 Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 6-da saat 18:30-da Komissiyanın internet saytında yerləşdirib.Abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.Ali təhsil müəssisələrinin müsabiqəsində 35 995 abituriyent iştirak edib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol