• $ 1.7
  • € 1.98
  • ₽ 0.022094
  • ₺ 0.04
  • £ 2.266

Amerika hərbçiləri Suriyada Rusiya generalını tutdu - FOTO

Amerika hərbçiləri Suriyada Rusiya generalını tutdu - FOTO
24.01.2020 17:10
Suriyada Rusiyavə Amerika hərbçiləri arasında ciddi gərginlik yaranıb, nəticədə Birləşmiş Ştatlar hərbçiləri Rusiya genealını "tutub".

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bəyan edib.
O qeyd edib ki, rusiyalı və amerikalı hərbçilər arasında Suriyada dekonfliktasiya məsələsində problemlər yaranır. Ceffrinin bildirdiyinə görə, belə hallardan birində amerikalılar Menbic istiqamətində gedən Rusiya general-mayorunu "tutublar". Həmin vaxt insidenti iki ölkə hərbçiləri arasında xüsusi kommunikasiya kanalı ilə yoluna qoymaq mümkün olub. Bu kanalla tərəflər habelə razılaşıblar ki, Rusiya Hava Kosmik Qüvvələrinin təyyarələri Amerika hərbçilərinin nəzarətində olan ərazilərin üzərindən uçmasın.

Ceyms Ceffri dəqiqləşdirib ki, problemlər 14 ay əvvəl, Rusiya qoşunlarının həmin rayonda (Suriyanın şimalında) fəallaşmasından sonra başlayıb. Amerikalıların tutduğu Rusiya generalının adı açıqlanmır.

Yanvarın 19-da xəbər verilib ki, Suriyada kürdlərin nəzarətində olan ərazilərdə dislokasiya olunmuş ABŞ hərbçiləri Rusiya hərbçilərinin yolunu kəsib və onları Haseke əyalətindəki Rumelayn şəhərinin yaxınlığında yerləşən neft yataqlarına buraxmayıb. Nəticədə Rusiya hərbçiləri reydi dayandırıb və bazalarına geri qayıdıb.


Yanvarın 15-də isə Amerika hərbçilərinin Rusiya patrulunu Haseke əyalətinə buraxmadığı haqda xəbər yayılıb. Lakin Suriyada münaqişədə olan tərəflər arasında barışıq üzrə Mərkəzin rəhbəri, general Yuri Borenkov qeyd edib ki, belə xəbərlər həqiqəti əks etdirmir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır
Cəmiyyət 14:57
Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılır
Sabah bu yollar bağlanacaq - Siyahı
Cəmiyyət 14:50
Sabah bu yollar bağlanacaq - Siyahı
Bakı-Hövsan Dəniz Limanının rəisinin qaçaqmalçılıq ittihamı ilə həbs edildiyi iddia olunur
Cəmiyyət 14:10
Bakı-Hövsan Dəniz Limanının rəisinin qaçaqmalçılıq ittihamı ilə həbs edildiyi iddia olunur
Bakıda 8 məktəblinin saqqızdan zəhərləndiyi iddia olunur
Cəmiyyət 13:50
Bakıda 8 məktəblinin saqqızdan zəhərləndiyi iddia olunur
6-7 ildir yağış yağanda evləri və küçəni su basır - Şikayət/Video
Cəmiyyət 13:40
6-7 ildir yağış yağanda evləri və küçəni su basır - Şikayət/Video
Xocalıya növbəti 107 nəfər yola salınıb
Cəmiyyət 13:23
Xocalıya növbəti 107 nəfər yola salınıb
Azərbaycanda generalın oğlu həbs edilib
Cəmiyyət 13:13
Azərbaycanda generalın oğlu həbs edilib
On bir ayda əhaliyə neçə manatlıq məhsul satılıb? - Məbləğ
Cəmiyyət 13:02
On bir ayda əhaliyə neçə manatlıq məhsul satılıb? - Məbləğ
6 aptekdə plandankənar yoxlama aparılıb - Rəsmi
Cəmiyyət 12:46
6 aptekdə plandankənar yoxlama aparılıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol