• $
  • £

Dağlıq rayonlarda fövqəladə hallara reaksiya üçün çevik mexanizmlər yaradılmalıdır - Deputat

Dağlıq rayonlarda fövqəladə hallara reaksiya üçün çevik mexanizmlər yaradılmalıdır - Deputat
02.02.2026 16:15

Milli Məclisin deputatı Vasif Qafarov yüksək dağlıq və mürəkkəb iqlim şəraitinə malik rayonlarda fövqəladə və ekstremal hallara dövlət qurumlarının reaksiyasının gücləndirilməsinin zəruri olduğunu açıqlayıb.

Deputat qeyd edib ki, 2026-cı il yanvarın 19–21-də intensiv qar yağması nəticəsində Lerik şəhəri ilə rayonun kəndləri, eləcə də Astara şəhəri ilə dağlıq ərazilərdə yerləşən kəndlər arasında əlaqə tam kəsilib, bir sıra yaşayış məntəqələrində isə elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranıb.

Onun sözlərinə görə, yerli qurumlar fədakarlıqla çalışsa da, texnika çatışmazlığı və operativ maliyyə mexanizmlərinin olmaması problemlərin vaxtında aradan qaldırılmasına imkan verməyib. Nəticədə yolların bağlı qalması səbəbindən vəfat etmiş şəxsin üç gün sonra dəfn edilməsi, hamilələrin xəstəxanaya çatdırıla bilməməsi kimi hallar əhali arasında ciddi narazılıq yaradıb.

Vasif Qafarov təklif edib ki, yüksək dağlıq rayonların iqlim xüsusiyyətləri və təbii fəlakət riskləri nəzərə alınaraq, fövqəladə halların nəticələrinin operativ aradan qaldırılması üçün daha çevik institusional və maliyyə mexanizmləri formalaşdırılsın. O, həmçinin fövqəladə hallarla bağlı satınalma və xidmətlərin elektron sistem üzərindən sürətlə rəsmiləşdirilməsinin praktikada daha çevik tətbiqini vacib sayıb.

Deputatın təklifinə görə, belə hallara hazır olmaq məqsədilə yüksək dağlıq rayonların icra hakimiyyətlərinə dövlət büdcəsindən hər il 40–50 min manat həcmində ehtiyat vəsait ayrılması nəzərdə tutula bilər. Bu vəsaitin tender və kotirovka prosedurlarından kənar, lakin sonradan şəffaf hesabatlılıq təmin edilməklə istifadəsi məqsədəuyğun hesab olunur.

Qafarov bildirib ki, bu addımlar dövlət orqanlarının fövqəladə hallara hazırlıq səviyyəsini artıracaq və ekstremal vəziyyətlərdə çevik və effektiv reaksiya imkanlarını gücləndirəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol