• $
  • €
  • ₽
  • ₺
  • £

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
20.09.2026 15:16

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sentyabrın 21-də gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi bildirilib.

Qeyd olunub ki, gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə edilə bilər.

İdarə sürücüləri hava şəraitini nəzərə alaraq yollarda diqqətli olmağa çağırıb.

"Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər", – müraciətdə bildirilib.

Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevrlərdən və qəfil tormozlamadan çəkinmək tövsiyə olunub.

Həmçinin avtomobilin xarici işıq cihazlarından düzgün istifadə etmək, səfərdən əvvəl nəqliyyat vasitəsinin, xüsusilə şinlərin və şüşəsilənlərin texniki vəziyyətini yoxlamaq tövsiyə edilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol